Azərbaycan və Meksika Bakıda keçiriləcək WUF13 ərəfəsində əməkdaşlığı müzakirə ediblər (FOTO)
BAKI, Azərbaycan, 15 may. Azərbaycan və Meksika Bakıda keçiriləcək Ümumdünya Şəhər Forumunun (WUF13) 13-cü sessiyası ərəfəsində çoxtərəfli əməkdaşlığın gücləndirilməsini müzakirə ediblər, - Meksikanın çoxtərəfli işlər və insan hüquqları üzrə katibinin müavini Enrike Oçoa X-də yazıb, Trend “Biz Meks

BAKI, Azərbaycan, 15 may. Azərbaycan və Meksika Bakıda keçiriləcək Ümumdünya Şəhər Forumunun (WUF13) 13-cü sessiyası ərəfəsində çoxtərəfli əməkdaşlığın gücləndirilməsini müzakirə ediblər, - Meksikanın çoxtərəfli işlər və insan hüquqları üzrə katibinin müavini Enrike Oçoa X-də yazıb, Trend “Biz Meksika nümayəndə heyətinin Bakıda keçiriləcək Ümumdünya Şəhər Forumunun 13-cü Sessiyasında iştirakından əvvəl Azərbaycanın Meksikadakı səfiri Seymur Fətəliyevi qəbul etdik Meksika nümayəndə heyətinin iştirakının son təfərrüatlarını nəzərdən keçirdik. Əminik ki, bu, mənzil problemlərinin həlli və Yeni Şəhər Gündəliyinin həyata keçirilməsində irəliləyiş üçün uğurlu forum olacaq”, - Oçoa yazıb Tərəflər, həmçinin çoxtərəfli sahədə gələcək əməkdaşlıq imkanları barədə fikir mübadiləsi aparıblar WUF13 BMT-HABITAT proqramı ilə Azərbaycan hökuməti arasında əməkdaşlıq çərçivəsində 2026-cı il mayın 17-dən 22-dək Bakıda keçiriləcək. Tədbirdə müxtəlif ölkələrdən hökumətlər, bələdiyyələr, özəl sektor, vətəndaş cəmiyyəti, gənclər və akademik dairələrin, eləcə də beynəlxalq təşkilatların nümayəndələri bir araya gələcək
