Azərbaycan və Litva arasında siyasi məsləhətləşmələrin növbəti raundu keçirilib
BAKI, Azərbaycan, 9 iyun. Azərbaycan və Litva Xarici İşlər nazirlikləri arasında siyasi məsləhətləşmələrin növbəti raundu Vilnüsdə keçirilib, Trend -in Azərbaycan XİN-ə istinadən verdiyi məlumata görə Azərbaycan nümayəndə heyətinə xarici işlər nazirinin müavini Fariz Rzayev, Litva nümayəndə heyəti

BAKI, Azərbaycan, 9 iyun. Azərbaycan və Litva Xarici İşlər nazirlikləri arasında siyasi məsləhətləşmələrin növbəti raundu Vilnüsdə keçirilib, Trend -in Azərbaycan XİN-ə istinadən verdiyi məlumata görə Azərbaycan nümayəndə heyətinə xarici işlər nazirinin müavini Fariz Rzayev, Litva nümayəndə heyətinə isə xarici işlər nazirinin müavini Audra Plepite başçılıq edib Məsləhətləşmələr zamanı Azərbaycan ilə Litva arasında siyasi əlaqələrin hazırkı vəziyyəti geniş müzakirə olunub, müxtəlif səviyyələrdə qarşılıqlı səfərlərin davam etdirilməsinin vacibliyi vurğulanıb. Məsləhətləşmələr zamanı ticarət-iqtisadi, humanitar, elm və təhsil sahələrində əməkdaşlığın genişləndirilməsi imkanları araşdırılıb. Eyni zamanda, Azərbaycanın təşəbbüsü və iştirakı ilə həyata keçirilən strateji enerji və nəqliyyat layihələri çərçivəsində əməkdaşlığın perspektivləri qiymətləndirilib Qanunvericilik bazasının genişləndirilməsi ilə bağlı mövcud planlar ətrafında fikir mübadiləsi aparılıb. Beynəlxalq təşkilatlar çərçivəsində namizədlərin qarşılıqlı dəstəklənməsi məsələlərinə də toxunulub. Tərəflər regiondakı mövcud vəziyyəti, Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılması prosesini, işğaldan azad edilmiş ərazilərdə aparılan genişmiqyaslı bərpa, yenidənqurma və minalardan təmizləmə işlərini müzakirə ediblər. Bundan əlavə, qarşılıqlı maraq doğuran digər regional və beynəlxalq məsələlər də müzakirə edilib Səfər çərçivəsində F.Rzayev digər rəsmi şəxslərlə də işgüzar görüşlər keçirib, tədqiqat mərkəzində dəyirmi masalarda iştirak edib

