Azərbaycan CICA-nın rəqəmsallaşma və davamlı inkişaf üzrə əsas iclasına rəhbərlik edir (FOTO)
BAKI, Azərbaycan, 7 aprel. Bu gün Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin Katibliyinin inzibati binasında Azərbaycanın sədrliyi ilə Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (CICA) Yüksək Səviyyəli Şəxslər Komitəsinin növbəti iclası keçirilib Naz

BAKI, Azərbaycan, 7 aprel. Bu gün Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin Katibliyinin inzibati binasında Azərbaycanın sədrliyi ilə Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (CICA) Yüksək Səviyyəli Şəxslər Komitəsinin növbəti iclası keçirilib Nazirlik qeyd edib ki, görüşdə Azərbaycanın CICA-ya sədrliyi çərçivəsində “Daha güclü CICA: Asiyada rəqəmsallaşma, əlaqə və davamlı inkişaf” mövzusunda fəaliyyəti, əməkdaşlığın müxtəlif sahələrində atılan addımlar, üzv dövlətlər arasında əməkdaşlığın əsas istiqamətləri nəzərdən keçirilib Sədrlik CICA-nın beynəlxalq təşkilata çevrilməsi gündəliyindəki hadisələr, o cümlədən müvafiq nizamnamə layihəsi üzrə danışıqların gedişi barədə məlumat verib Tədbirdə CICA-nın hərbi-siyasi ölçüsündə etimad tədbirlərinin həyata keçirilməsinin illik qiymətləndirilməsi aparılıb. Üzv dövlətlərin hərbi-siyasi sahədə əməkdaşlığın inkişafı və bu istiqamətdə çoxtərəfli hərbi təhlükəsizlik platforması kimi CICA-nın rolu nəzərdən keçirilib İclasda CICA Beyin Mərkəzləri Forumunun Fəaliyyət Planının layihəsi müzakirə edilib, CICA-nın müxtəlif ölçüləri üzrə etimadın möhkəmləndirilməsi tədbirlərinin həyata keçirilməsinə dair konsepsiya sənədlərinə baxılıb, kiçik və orta biznesin inkişafına dair konsepsiya sənədi qəbul edilib Bundan əlavə, tədbirdə CICA məkanında qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb Trend İnformasiya Agentliyinin WhatsApp kanalında daha çox xəbərlərdən xəbərdar olun

