Tenqri
Ana Səhifə
İqtisadiyyat

Azərbaycanda yeni dövlət kənd təsərrüfatı proqramı üzrə regional məsləhətləşmələrə start verilib

BAKI, Azərbaycan, 12 iyun. Azərbaycanda 2026–2030-cu illər üçün kənd təsərrüfatı, balıqçılıq və akvakultura istehsalı və emalı sektorlarının inkişafına dair Dövlət Proqramının müzakirəsinə həsr olunmuş regional məsləhətləşmələr başlayır Bu barədə Kənd Təsərrüfatı Nazirliyinin hesabatında deyilir

0 baxıştrend.az
Azərbaycanda yeni dövlət kənd təsərrüfatı proqramı üzrə regional məsləhətləşmələrə start verilib
Paylaş:

BAKI, Azərbaycan, 12 iyun. Azərbaycanda 2026–2030-cu illər üçün kənd təsərrüfatı, balıqçılıq və akvakultura istehsalı və emalı sektorlarının inkişafına dair Dövlət Proqramının müzakirəsinə həsr olunmuş regional məsləhətləşmələr başlayır Bu barədə Kənd Təsərrüfatı Nazirliyinin hesabatında deyilir Məlumata görə, Azərbaycan Respublikası Prezidentinin 25 may 2026-cı il tarixli fərmanı ilə təsdiq edilmiş Dövlət Proqramının icrası çərçivəsində keçiriləcək məsləhətləşmələr Mərkəzi Aran, Dağlıq Şirvan, Gəncə-Daşkəsən, Qarabağ, Şərqi Zəngəzur iqtisadi rayonlarını əhatə edəcək Məlumatda qeyd olunub ki, Prezident İlham Əliyevin tapşırığına əsasən təşkil olunan tədbirlərdə Prezidentin köməkçiləri, aidiyyəti dövlət qurumlarının rəhbərləri, səlahiyyətli nümayəndələr, yerli icra hakimiyyəti başçıları, fermerlər, sahibkarlar və digər maraqlı şəxslər iştirak edəcəklər “Məsləhətləşmələr zamanı dövlət proqramının əsas məqsəd və prioritetləri, aqrar sahədə yeni dəstək mexanizmləri, su və torpaq ehtiyatlarından səmərəli istifadə, aqrar emal və logistika infrastrukturunun inkişafı, fermerlərin müasir kənd təsərrüfatı xidmətlərinə çıxış imkanlarının genişləndirilməsi, dövlət dəstəyi tədbirləri və digər müvafiq məsələlər müzakirə olunacaq” Regional məsləhətləşmələr 2026-cı il mayın 25-də Prezident İlham Əliyevin sədrliyi ilə kənd təsərrüfatı məsələləri üzrə müşavirədə verilən tapşırıqların icrası, o cümlədən dövlət proqramında nəzərdə tutulmuş tədbirlərin regionlarda əlaqələndirilmiş, çevik və səmərəli həyata keçirilməsini təmin etmək məqsədilə təşkil olunub Dövlət proqramının icrası ilə bağlı regional məsləhətləşmələrin mərhələli şəkildə ölkənin digər iqtisadi rayonlarında da keçirilməsi nəzərdə tutulur

Kaynak: trend.az

Diğer Haberler