Azərbaycan və Qazaxıstan hərbi əməkdaşlıq üçün yeni sərhədləri araşdırır (FOTO)
BAKI, Azərbaycan, 8 aprel. Azərbaycan və Qazaxıstan Müdafiə nazirlikləri arasında imzalanmış ikitərəfli əməkdaşlıq planına uyğun olaraq, Qazaxıstan nümayəndə heyəti Azərbaycana rəsmi səfərə gəlib Qonaqlar əvvəlcə Şəhidlər xiyabanını ziyarət edib, burada Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü v

BAKI, Azərbaycan, 8 aprel. Azərbaycan və Qazaxıstan Müdafiə nazirlikləri arasında imzalanmış ikitərəfli əməkdaşlıq planına uyğun olaraq, Qazaxıstan nümayəndə heyəti Azərbaycana rəsmi səfərə gəlib Qonaqlar əvvəlcə Şəhidlər xiyabanını ziyarət edib, burada Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsini ehtiramla yad edib, ehtiram əlaməti olaraq gül dəstələri düzüblər Müdafiə Nazirliyində Müdafiə nazirinin müavini – Baş direktor Aqil Qurbanov Qazaxıstan Respublikası Müdafiə nazirinin rəqəmsallaşma üzrə müavini Darxan Axmediyev və onun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirib Görüşdə Azərbaycan ilə Qazaxıstan arasında hərbi, hərbi-texniki, hərbi təhsil sahələrində əməkdaşlığın hazırkı vəziyyəti və perspektivləri və ümumi maraq doğuran bir sıra digər məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb Daha sonra nümayəndə heyəti Azərbaycan Müdafiə Nazirliyinin Baş Əməliyyat İdarəsi, Rabitə və İnformasiya Texnologiyaları Baş İdarəsi, eləcə də Beynəlxalq Hərbi Əməkdaşlıq İdarəsində olub, burada yaradılan şərait və həyata keçirilən xidməti fəaliyyətin həcmi barədə məlumat verilib Qazaxstanlı qonaqlar, həmçinin Milli Müdafiə Universitetinin nəzdində fəaliyyət göstərən Cəmşid Naxçıvanski adına Hərbi Liseydə, eləcə də Kadrlarla İş üzrə Baş İdarədə olub, burada Kadrların Elektron İnformasiya Sistemi barədə məlumat verilib Müdafiə Nazirliyinin Kibertəhlükəsizlik Mərkəzinə və hərbi hissəyə səfəri çərçivəsində nümayəndə heyətinin Azərbaycan Ordusunun silahlanmasında müasir silah sistemlərinin və informasiya texnologiyaları aktivlərinin kibertəhlükəsizliyi, müasir kommunikasiya texnologiyalarının tətbiqi, kibertəhlükəsizliklərə qarşı süni intellekt əsasında kibermüdafiə imkanları üzrə fəaliyyətlə tanış olması planlaşdırılır Nazirliyin aidiyyəti qurumlarına keçirilən tanışlıq səfərləri zamanı bölmələrin təşkilati strukturu və fəaliyyət istiqamətləri ilə bağlı brifinqlər verilib Qeyd edək ki, Qazaxıstan Müdafiə Nazirliyinin nümayəndə heyətinin səfərinin əsas məqsədi ordunun inkişafı sahəsində təcrübə mübadiləsi aparmaqdır Trend İnformasiya Agentliyinin WhatsApp kanalında daha çox xəbərlərdən xəbərdar olun


