Tenqri
Ana Səhifə
Siyasət

Azərbaycan və Yaponiya yüksək səviyyəli görüşdə strateji danışıqlar aparıb (FOTO)

BAKI, Azərbaycan, 10 iyun. İyunun 10-da Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Yaponiyaya rəsmi səfəri çərçivəsində Yaponiyanın xarici işlər naziri Toşimitsu Moteqi ilə görüşüb və həmkarına Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşdırılması prosesi barədə məl

0 baxıştrend.az
Azərbaycan və Yaponiya yüksək səviyyəli görüşdə strateji danışıqlar aparıb (FOTO)
Paylaş:

BAKI, Azərbaycan, 10 iyun. İyunun 10-da Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Yaponiyaya rəsmi səfəri çərçivəsində Yaponiyanın xarici işlər naziri Toşimitsu Moteqi ilə görüşüb və həmkarına Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşdırılması prosesi barədə məlumat verib Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin bəyanatında deyilir Görüşdə Yaponiyanın Azərbaycanın müstəqilliyini tanıyan ilk dövlətlərdən biri olduğu, ümummilli lider Heydər Əliyevin 1998-ci ildə Yaponiyaya ilk rəsmi səfərinin və Prezident İlham Əliyevin 2006-cı ildə səfərlərinin Azərbaycan-Yaponiya əlaqələrinin inkişafında mühüm mərhələ olduğu, siyasi və iqtisadi əməkdaşlığın genişlənməsinə güclü təkan verdiyi vurğulanıb Görüşdə Azərbaycan və Yaponiya arasında ikitərəfli münasibətlərin hazırkı vəziyyəti və inkişaf perspektivləri, siyasi dialoqun genişləndirilməsi, iqtisadi, ticarət, investisiya, enerji, nəqliyyat, rəqəmsal transformasiya, innovasiya, təhsil, turizm, idman sektorlarında, eləcə də iqlim dəyişikliyi ilə mübarizə və digər sahələrdə əməkdaşlıq müzakirə edilib Nazirlər 2027-ci ildə Azərbaycan Respublikası ilə Yaponiya arasında diplomatik münasibətlərin qurulmasının 35-ci ildönümünün qeyd olunacağını vurğulayaraq, ötən dövr ərzində qarşılıqlı hörmət, etimad və dostluq prinsiplərinə əsaslanan əməkdaşlığın müxtəlif sahələrdə uğurla inkişaf etdiyini məmnunluqla qeyd ediblər. Qeyd olunub ki, bu əlamətdar yubiley ikitərəfli münasibətlərin daha da dərinləşməsi üçün əlavə imkanlar yaradır Bundan əlavə, görüşdə iqtisadi əməkdaşlığın genişləndirilməsi imkanları araşdırılıb. Azərbaycan-Yaponiya Birgə İqtisadi Komissiyasının işi və Komissiyanın 2025-ci ilin sentyabrında keçirilmiş 12-ci iclasının nəticələri yüksək qiymətləndirilib. Tərəflər Azərbaycan-Yaponiya İnvestisiya Sazişinin ən qısa zamanda bağlanmasının vacibliyini vurğulayıblar Nazir Ceyhun Bayramov Yaponiya vətəndaşları üçün vizasız rejimin tətbiqi ilə bağlı Azərbaycanın planlaşdırdığı təşəbbüs barədə Yaponiya tərəfini məlumatlandırıb. Nazirlər bunun insanlar arasında əlaqələrin, turizmin və işgüzar əlaqələrin inkişafına daha da töhfə verəcəyini qeyd ediblər Nazir Ceyhun Bayramov Azərbaycanın beynəlxalq nəqliyyat və logistika qovşağı kimi artan rolundan danışaraq, Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun regional və qlobal əlaqələrin gücləndirilməsində əhəmiyyətini vurğulayıb. Silkway şirkətinin 10 ildən artıq müddətdə Yaponiya bazarında fəal iştirakı məmnunluqla qeyd olunub. Bundan əlavə, Azərbaycanın Xəzər hövzəsində mühüm infrastruktura, o cümlədən doqquz beynəlxalq hava limanına, ticarət limanına və ən böyük ticarət donanmasına, Ələt Azad İqtisadi Zonasına malik olduğu və iki ölkə arasında əməkdaşlığın genişləndirilməsi üçün geniş imkanların olduğu vurğulanıb Tərəflər enerji təhlükəsizliyi sahəsində uzunmüddətli əməkdaşlığın vacibliyini vurğuladılar və Azərbaycanın qlobal enerji təhlükəsizliyinin təmin edilməsində mühüm rolunu qeyd etdilər. “Azəri-Çıraq-Günəşli” yatağı və Bakı-Tbilisi-Ceyhan boru kəməri çərçivəsində uğurlu əməkdaşlıq nümunələrini yüksək qiymətləndirdilər Eyni zamanda, Azərbaycanın iki universitetində tələbə mübadiləsi proqramlarının, yapon dilinin tədrisinin, mədəni-humanitar tədbirlərin, eləcə də beynəlxalq inkişaf layihələrinin iki xalq arasında qarşılıqlı anlaşma və dostluğun möhkəmlənməsinə töhfə verdiyi vurğulanıb. Bundan əlavə, idman sahəsində əməkdaşlıq və bu ilin oktyabrında Bakıda sumo üzrə dünya çempionatının keçirilməsi məmnunluqla qeyd olunub Görüşdə nazir Ceyhun Bayramov yaponiyalı həmkarına münaqişədən sonrakı dövrdə regionda mövcud vəziyyət, o cümlədən işğaldan azad edilmiş ərazilərdə aparılan bərpa və yenidənqurma işləri barədə ətraflı məlumat verib Tərəflər həmçinin regional və beynəlxalq təhlükəsizlik məsələləri, o cümlədən Yaxın Şərq və Ukraynadakı vəziyyət, çoxtərəfli əməkdaşlıq, iqlim dəyişikliyi ilə mübarizə, davamlı inkişaf, beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq barədə fikir mübadiləsi aparıblar BMT Nizamnaməsinin məqsəd və prinsiplərinin, o cümlədən dövlətlərin suverenliyi, müstəqilliyi və ərazi bütövlüyünün qorunmasının vacibliyi vurğulanıb Görüşdə qarşılıqlı maraq doğuran digər ikitərəfli və regional məsələlər də müzakirə olunub ardınca Yığıncaqda nazirlər mətbuat konfransında açıqlamalar verdi Səfərin sonunda xarici işlər nazirliklərinin birgə press-relizi yayılıb

Kaynak: trend.az

Diğer Haberler