Azərbaycan və İİB əməkdaşlığın genişləndirilməsini müzakirə ediblər (FOTO)
BAKI, Azərbaycan, 7 may. Mayın 7-də Azərbaycan Respublikasının maliyyə naziri Sahil Babayev İslam İnkişaf Bankı Qrupunun (İİB) prezidenti Məhəmməd Sulaiman Al Jasserin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb, Trend-in Maliyyə Nazirliyinə istinadən verdiyi məlumata görə Görüşdə Azərbaycan ilə

BAKI, Azərbaycan, 7 may. Mayın 7-də Azərbaycan Respublikasının maliyyə naziri Sahil Babayev İslam İnkişaf Bankı Qrupunun (İİB) prezidenti Məhəmməd Sulaiman Al Jasserin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb, Trend-in Maliyyə Nazirliyinə istinadən verdiyi məlumata görə Görüşdə Azərbaycan ilə İİB arasında əməkdaşlığın hazırkı vəziyyəti, mövcud layihələrin gedişatı və gələcək əməkdaşlıq istiqamətləri müzakirə edilib Nazir Sahil Babayev qeyd edib ki, İİB ilə əməkdaşlıq ölkənin sosial-iqtisadi inkişafında mühüm rol oynayır. O, 2026-cı il iyunun 16-dan 19-dək Bakıda keçiriləcək Bankın 51-ci İllik Yığıncağının əməkdaşlığın yeni səviyyəyə qaldırılması üçün əsas platforma rolunu oynayacağını vurğulayıb. Bildirilib ki, Bank bu günə kimi ölkədə 19 layihəyə 1 milyard dollardan çox vəsait ayırıb Nazir işğaldan azad edilmiş ərazilərdə aparılan bərpa və yenidənqurma işlərinə toxunaraq qeyd edib ki, Bankla birgə həyata keçirilən “Qarabağ Suvarma Kanalının yenidən qurulması” layihəsi rayonun dirçəlişində, sosial-iqtisadi inkişafında, ərzaq təhlükəsizliyinin təmin olunmasında mühüm rol oynayır. Eyni zamanda, bu layihə çərçivəsində irriqasiya infrastrukturunun genişmiqyaslı yenidən qurulmasının regionlarda kənd təsərrüfatının inkişafına, su ehtiyatlarının səmərəli idarə olunmasına, məhsuldarlığın artırılmasına mühüm töhfə verəcəyi vurğulanıb Öz növbəsində, Mohammed Al-Jassir Azərbaycan ilə əməkdaşlığın inkişafından məmnunluğunu ifadə edib və Bankın ölkədə sosial-iqtisadi layihələrin maliyyələşdirilməsində bundan sonra da dəstək verməyə hazır olduğunu bildirib. Bu kontekstdə o, meliorasiya, nəqliyyat infrastrukturunun inkişafı və dəmir yolu layihələri sahələrində əməkdaşlıq imkanlarının genişləndirilməsinin vacibliyini vurğulayıb Görüşdə həmçinin Texniki Əməkdaşlıq Proqramı çərçivəsində bilik və təcrübə mübadiləsinin təşviqi, kənd təsərrüfatı, su ehtiyatlarının idarə edilməsi və rəqəmsal transformasiya sahələrində texniki yardımın və birgə təşəbbüslərin genişləndirilməsi ilə bağlı fikir mübadiləsi aparılıb

