Afinada Azərbaycan və Yunanıstan arasında siyasi məsləhətləşmələrin yeni raundu keçirilib
BAKI, Azərbaycan, 12 may. Mayın 12-də Afinada Azərbaycan və Yunanıstan xarici işlər nazirlikləri arasında siyasi məsləhətləşmələrin yeni raundu keçirilib Azərbaycan nümayəndə heyətinə xarici işlər nazirinin müavini Fariz Rzayev, Yunanıstan nümayəndə heyətinə isə xarici işlər nazirinin müavini Alek

BAKI, Azərbaycan, 12 may. Mayın 12-də Afinada Azərbaycan və Yunanıstan xarici işlər nazirlikləri arasında siyasi məsləhətləşmələrin yeni raundu keçirilib Azərbaycan nümayəndə heyətinə xarici işlər nazirinin müavini Fariz Rzayev, Yunanıstan nümayəndə heyətinə isə xarici işlər nazirinin müavini Aleksandra Papadopulu başçılıq edib Görüşdə Azərbaycan və Yunanıstan arasında siyasi dialoqun hazırkı vəziyyəti ilə bağlı ətraflı müzakirələr aparılıb, müxtəlif səviyyələrdə müntəzəm qarşılıqlı səfərlərin əhəmiyyəti vurğulanıb Məsləhətləşmələrdə, həmçinin ticarət-iqtisadi, humanitar, elm və təhsil sahələrində, o cümlədən Azərbaycanın iştirakı və təşəbbüsü ilə həyata keçirilən strateji enerji və nəqliyyat layihələri çərçivəsində əlaqələrin inkişaf perspektivləri müzakirə edilib, beynəlxalq təşkilatlar çərçivəsində təmas və əməkdaşlığın davam etdirilməsindən məmnunluq ifadə olunub Görüşdə Yunanıstan tərəfinə regiondakı mövcud vəziyyət, Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşması prosesi, işğaldan azad edilmiş ərazilərdə aparılan genişmiqyaslı bərpa, yenidənqurma və minalardan təmizləmə işləri barədə ətraflı məlumat verilib. Tərəflər, həmçinin qarşılıqlı maraq doğuran digər regional və beynəlxalq məsələlər ətrafında fikir mübadiləsi aparıblar
Diğer Haberler

CHP-dən AKP-yə keçən Burcu Köksal: Afyonkarahisarın problemlərini daha tez yekunlaşdırmaq və investisiyaları reallaşdırmaq üçün yeni dövrə başladım | T24

İMM işində 37-ci gün | Seza Büyükçulha, İmamoğlunun uşaqlıq dostu: Tam bir il günahsız olduğum halda məni yatağa qoymağın günahını necə daşıyırsan? | T24
