Azərbaycan, Gürcüstan, Türkiyə və Bolqarıstan yaşıl enerji dəhlizi layihəsi üçün Yol Xəritəsi hazırlayır
BAKI, Azərbaycan, 22 may. Azərbaycan-Gürcüstan-Türkiyə-Bolqarıstan yaşıl enerji dəhlizi layihəsinin həyata keçirilməsinin sürətləndirilməsinə dair Yol Xəritəsinin hazırlanmasına dair razılıq əldə olunub.Bu barədə Azərbaycanın energetika naziri Pərviz Şahbazov X hesabında yazıb "Biz İstanbulda "Azə
BAKI, Azərbaycan, 22 may. Azərbaycan-Gürcüstan-Türkiyə-Bolqarıstan yaşıl enerji dəhlizi layihəsinin həyata keçirilməsinin sürətləndirilməsinə dair Yol Xəritəsinin hazırlanmasına dair razılıq əldə olunub.Bu barədə Azərbaycanın energetika naziri Pərviz Şahbazov X hesabında yazıb "Biz İstanbulda "Azərbaycan-Gürcüstan-Türkiyə-Bolqarıstan Yaşıl Enerji Dəhlizi” üzrə nazirlərin 3-cü iclasını keçirdik. Layihənin icrasını sürətləndirəcək tədbirləri özündə əks etdirən Yol Xəritəsi hazırlamaq barədə razılığa gəldik. Bu layihə yaşıl enerji əlaqələrinə əsaslanan yeni mərhələdə ölkələrimiz arasında enerji tərəfdaşlığının inkişafına mühüm töhfə verəcək", - yazıda deyilir


