Tenqri
Ana Səhifə
İqtisadiyyat

Azərbaycan kənd təsərrüfatının dayanıqlı inkişafı üçün zəruri baza formalaşdırır - rəsmi

AĞCABƏDİ, Azərbaycan, 16 iyun. Trend-in Qarabağ bürosunun tədbirdən verdiyi məlumata görə, Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov bildirib ki, Azərbaycanda kənd təsərrüfatının davamlı inkişa

0 baxıştrend.az
Azərbaycan kənd təsərrüfatının dayanıqlı inkişafı üçün zəruri baza formalaşdırır - rəsmi
Paylaş:

AĞCABƏDİ, Azərbaycan, 16 iyun. Trend-in Qarabağ bürosunun tədbirdən verdiyi məlumata görə, Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov bildirib ki, Azərbaycanda kənd təsərrüfatının davamlı inkişafı üçün lazımi baza artıq formalaşıb O, bunu “Azərbaycan Respublikasında kənd təsərrüfatı istehsalının və emalının, balıqçılığın və akvakulturanın inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı” çərçivəsində Ağcabədi rayonunda keçirilən Qarabağ iqtisadi rayonu üzrə regional müşavirədə deyib Onun sözlərinə görə, Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, hazırda ölkənin bütün iqtisadi rayonlarında dövlət proqramının məqsəd və vəzifələrinin izahı, mövcud vəziyyətin yerlərdə qiymətləndirilməsi, sahibkarların təkliflərinin dinlənilməsi məqsədilə məsləhətləşmələr aparılır. Bugünkü görüş də həmin prosesin tərkib hissəsidir "Dövlət proqramının qəbulu təsadüfi deyil. Son on ildə aqrar sahədə mühüm institusional və struktur islahatları həyata keçirilib, dövlət dəstəyi mexanizmləri genişləndirilib, müasir infrastruktur yaradılıb, aqroparklar formalaşıb, su təsərrüfatı və meliorasiya sahəsində iri layihələr həyata keçirilib. Qarşıdakı dövrün əsas vəzifəsi isə yaradılan iqtisadi imkanların böyük nəticələrinə çevrilməsidir Bu gün dünyada ərzaq təhlükəsizliyi, iqlim dəyişikliyi, məhdud su ehtiyatları, qlobal bazarlarda rəqabətin artması kənd təsərrüfatına yanaşmanı dəyişir. Belə şəraitdə uğur təkcə istehsalın həcmi ilə deyil, həm də məhsuldarlıq, səmərəlilik, texnologiya və əlavə dəyər yaratmaq qabiliyyəti ilə ölçülür”, - deyə rəsmi qeyd edib Mövsümov əlavə edib ki, bu baxımdan dövlət proqramının əsas məqsədi kənd təsərrüfatında məhsuldarlığın, rentabelliyin və rəqabət qabiliyyətinin artırılması, emal imkanlarının genişləndirilməsi, ixrac potensialının gücləndirilməsi, aqrar sektorun davamlı inkişafının təmin edilməsidir “İndiki mərhələdə əsas məqsəd mövcud torpaq və su ehtiyatlarından daha səmərəli istifadə etməklə hər hektardan daha çox məhsul əldə etmək, hər bir təsərrüfatda gəlirliliyi artırmaq, istehsal olunan məhsulun daha çox hissəsini emal etmək və daha yüksək əlavə dəyər yaratmaqdır”, - deyə o vurğulayıb

Kaynak: trend.az

Diğer Haberler