Tenqri
Ana Səhifə
İqtisadiyyat

Azərbaycanda bir neçə şirkətin ilin sonuna istiqraz emissiyası proqnozlaşdırılır

BAKI, Azərbaycan, 14 may. Bu ilin sonuna kimi Azərbaycanda həm dövlət, həm də özəl sektoru təmsil edən 4-5 şirkətin istiqraz buraxması planlaşdırılır. Trend-in məlumatına görə, bunu ABB Invest-in icraçı direktoru Nadir Babazadə şirkətin 2025-ci il üçün maliyyə göstəricilərinin açıqlanması ilə bağlı

0 baxıştrend.az
Azərbaycanda bir neçə şirkətin ilin sonuna istiqraz emissiyası proqnozlaşdırılır
Paylaş:

BAKI, Azərbaycan, 14 may. Bu ilin sonuna kimi Azərbaycanda həm dövlət, həm də özəl sektoru təmsil edən 4-5 şirkətin istiqraz buraxması planlaşdırılır. Trend-in məlumatına görə, bunu ABB Invest-in icraçı direktoru Nadir Babazadə şirkətin 2025-ci il üçün maliyyə göstəricilərinin açıqlanması ilə bağlı keçirilən mətbuat konfransında deyib Onun sözlərinə görə, ötən ilin dekabrında “Azərbaycan Dəmir Yolları” QSC ilk istiqraz emissiyasını həyata keçirərək investorların böyük marağına səbəb olub Babazadə qeyd edib ki, hazırda qeyri-maliyyə sektorunda fəaliyyət göstərən dövlət və özəl şirkətlər tərəfindən istiqrazların buraxılması istiqamətində iş aparılır "Bu şirkətlərin adlarını açıqlaya bilmərik, çünki emissiya prospektləri Azərbaycan Mərkəzi Bankı tərəfindən hələ təsdiq olunmayıb. Bununla belə, ilin sonuna kimi 4-5 şirkətin istiqraz emissiyası planlaşdırılır. Bu emissiyalar həm manat, həm də dollarla olacaq və həm maliyyə, həm də qeyri-maliyyə sektorunu əhatə edəcək", - o deyib Babazadə qeyd edib ki, Azərbaycan Beynəlxalq Bankı bir il ərzində ümumilikdə 100 milyon manat (58,8 milyon dollar) həcmində istiqraz buraxmağı planlaşdırır "Bunun bir hissəsi artıq iki tranşda həyata keçirilib. Biz cəmi 20 milyon manatlıq (11,7 milyon dollar) istiqraz buraxmışıq, tədavül müddəti 1 və 2 ildir. Üçüncü tranşın bir aydan az müddətdə yerləşdirilməsi planlaşdırılır", - o əlavə edib Onun sözlərinə görə, əsas məqsəd kapital bazarının inkişafına dəstək verməkdir Trend İnformasiya Agentliyinin WhatsApp kanalında daha çox xəbərlərdən xəbərdar olun

Kaynak: trend.az

Diğer Haberler