Tenqri
Ana Səhifə
Siyasət

Azərbaycanın xarici işlər naziri Bakıda Avropa İttifaqının xarici siyasət rəhbəri ilə görüşüb (FOTO)

BAKI, Azərbaycan, 5 may. Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi, Avropa Komissiyasının vitse-prezidenti Kaja Kallas arasında görüş keçirilib Təkbətək və geniş tərkibli görüşlərdə tərəflər Azərbaycan-Avropa

0 baxıştrend.az
Azərbaycanın xarici işlər naziri Bakıda Avropa İttifaqının xarici siyasət rəhbəri ilə görüşüb (FOTO)
Paylaş:

BAKI, Azərbaycan, 5 may. Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi, Avropa Komissiyasının vitse-prezidenti Kaja Kallas arasında görüş keçirilib Təkbətək və geniş tərkibli görüşlərdə tərəflər Azərbaycan-Avropa İttifaqı əlaqələrinin hazırkı vəziyyətini və perspektivlərini ətraflı nəzərdən keçiriblər Siyasi dialoqun intensivliyi, o cümlədən yüksək səviyyəli qarşılıqlı səfərlərin və tərəfdaşlığın qarşılıqlı hörmət, bərabərlik və ümumi maraqlar əsasında inkişaf etdirilməsinin vacibliyi qeyd edilib. Eyni zamanda, Azərbaycan ilə Avropa arasında dialoq mexanizmlərinin, yeni ikitərəfli saziş üzrə danışıqların bərpasının, Tərəfdaşlıq Prioritetləri sənədi üzrə danışıqların aparılmasının vacibliyi vurğulanıb Görüşdə iqtisadiyyat, ticarət, enerji təhlükəsizliyi, nəqliyyat və logistika, yaşıl enerji, rəqəmsallaşma sahələrində əməkdaşlığın genişləndirilməsi imkanları müzakirə edilib. Azərbaycanın Avropanın enerji təhlükəsizliyinə verdiyi töhfə və etibarlı tərəfdaş kimi rolu qeyd olunub V.Bayramov qarşı tərəfə münaqişədən sonrakı dövrdə regionda mövcud vəziyyət, Azərbaycanın həyata keçirdiyi reabilitasiya və yenidənqurma işləri, o cümlədən mina təhlükəsi ilə mübarizə sahəsində həyata keçirilən tədbirlər barədə məlumat verib. Ermənistanla normallaşma prosesi ilə bağlı fikir mübadiləsi aparılıb. Azərbaycanın regionda davamlı sülh və sabitliyin təmin edilməsinə sadiqliyi bir daha vurğulanıb Tərəflər həmçinin regional və beynəlxalq təhlükəsizlik məsələləri ilə bağlı fikir mübadiləsi aparıblar. Bu kontekstdə çoxtərəfli platformalar çərçivəsində əməkdaşlıq, eləcə də qlobal çağırışlara qarşı birgə fəaliyyət imkanları müzakirə edilib Görüşdə, həmçinin Azərbaycan ilə Aİ arasında müxtəlif institutlar və proqramlar çərçivəsində əməkdaşlığın inkişaf perspektivləri nəzərdən keçirilib Bundan əlavə, tərəflər qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparıblar Trend İnformasiya Agentliyinin WhatsApp kanalında daha çox xəbərlərdən xəbərdar olun

Kaynak: trend.az

Diğer Haberler