Tenqri
Ana Səhifə
İqtisadiyyat

Azərbaycan aqrar-ərzaq sektoruna inteqrasiya olunmuş istehsal-ixrac modelini genişləndirir

BAKI, Azərbaycan, 6 may. Azərbaycanda aqrar-ərzaq sektorunda inteqrasiya olunmuş istehsal-ixrac modeli genişləndirilir, Trend in məlumatına görə, bunu Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin (AZPROMO) icraçı direktoru Yusif Abdullayev 5-ci Aqrobiznesin İnkişafı Forumu çərçivəsi

0 baxıştrend.az
Azərbaycan aqrar-ərzaq sektoruna inteqrasiya olunmuş istehsal-ixrac modelini genişləndirir
Paylaş:

BAKI, Azərbaycan, 6 may. Azərbaycanda aqrar-ərzaq sektorunda inteqrasiya olunmuş istehsal-ixrac modeli genişləndirilir, Trend in məlumatına görə, bunu Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin (AZPROMO) icraçı direktoru Yusif Abdullayev 5-ci Aqrobiznesin İnkişafı Forumu çərçivəsində keçirilən ictimai dinləmədə deyib Onun sözlərinə görə, istehsaldan emala, qablaşdırmadan ixraca qədər bütün mərhələləri əhatə edən kompleks yanaşma aqrar-ərzaq sektorunun davamlı inkişafı üçün xüsusi əhəmiyyət kəsb edir. Hazırda bir sıra konkret investisiya layihələri üzrə müvafiq işlər aparılır Abdullayev qeyd edib ki, tomat pastası və ketçup istehsalının Azərbaycanda lokallaşdırılması ilə bağlı Avstriya şirkəti ilə danışıqlar aparılır. Eyni zamanda, Birləşmiş Ərəb Əmirlikləri və Hindistandan olan investorlarla pambıqçılıq sahəsində əməkdaşlıq müzakirə olunur. Bu model təkcə xammal istehsalını deyil, həm də pambığın toxuculuq sənayesində emalını əhatə edən tam inteqrasiya olunmuş klaster yanaşmasına əsaslanır Onun sözlərinə görə, İsveçrənin “ASKE” şirkəti Azərbaycanda qeyri-ənənəvi aqrobiznes sahəsində fəaliyyət göstərir və bir sıra rayonlarda, o cümlədən Ağstafada qulançar və fıstıq istehsalını təşkil edib. Məhsullar tez bir zamanda yerli pərakəndə satış şəbəkələrinə təqdim edildi Şirkət iri fıstıq plantasiyaları qurmağı, fermerləri prosesə cəlb etməyi, illik emal gücü 100 min ton olan zavod tikməyi planlaşdırır. Bu təşəbbüs istehsaldan emala qədər dəyər zəncirinin formalaşmasına və ixracyönümlü istehsalın genişləndirilməsinə xidmət edir Trend İnformasiya Agentliyinin WhatsApp kanalında daha çox xəbərlərdən xəbərdar olun

Kaynak: trend.az

Diğer Haberler