Azərbaycan və Estoniya arasında siyasi məsləhətləşmələr keçirilir
BAKI, Azərbaycan, 11 iyun. İyunun 11-də Bakıda Azərbaycan Respublikası və Estoniya Respublikası Xarici İşlər Nazirlikləri arasında növbəti siyasi məsləhətləşmələr keçirilib Azərbaycan nümayəndə heyətinə xarici işlər nazirinin müavini Fariz Rzayev, Estoniya nümayəndə heyətinə isə xarici işlər nazir

BAKI, Azərbaycan, 11 iyun. İyunun 11-də Bakıda Azərbaycan Respublikası və Estoniya Respublikası Xarici İşlər Nazirlikləri arasında növbəti siyasi məsləhətləşmələr keçirilib Azərbaycan nümayəndə heyətinə xarici işlər nazirinin müavini Fariz Rzayev, Estoniya nümayəndə heyətinə isə xarici işlər nazirinin müavini Martin Roger başçılıq edib Məsləhətləşmələr zamanı Azərbaycan ilə Estoniya arasında siyasi əlaqələrin hazırkı vəziyyəti müzakirə edilib, ikitərəfli dialoqun davamlılığının təmin edilməsində qarşılıqlı səfərlərin və beynəlxalq məkanlarda keçirilən görüşlərin rolu xüsusi vurğulanıb. Estoniya Respublikasının Azərbaycan Respublikasında səfirliyinin açılmasından məmnunluq ifadə olunub Görüşdə iqtisadi, humanitar, təhsil sahələrində əməkdaşlığın hazırkı vəziyyəti, onun gələcək inkişaf perspektivləri müzakirə edilib. Azərbaycanın təşəbbüsü və fəal iştirakı ilə həyata keçirilən enerji və nəqliyyat sahələrində strateji layihələr, beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığın perspektivləri ətrafında da fikir mübadiləsi aparılıb Tərəflər regiondakı mövcud vəziyyəti, Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılması səylərini, o cümlədən işğaldan azad edilmiş ərazilərdə aparılan genişmiqyaslı bərpa və yenidənqurma işlərini və minalardan təmizləmə tədbirlərini müzakirə ediblər Bundan əlavə, qarşılıqlı maraq doğuran digər regional və beynəlxalq məsələlər də diqqət mərkəzində olub


