Azərbaycanda uğurlu sosial mənzil siyasəti modeli qurur - Ömer Bulut (Exclusive)
BAKI, Azərbaycan, 17 may. Azərbaycanda sosial mənzil siyasətinin uğurlu modeli formalaşıb, - Türkiyənin ətraf mühit, şəhərsalma və iqlim dəyişikliyi nazirinin müavini Ömər Bulut Bakıda keçirilən Dünya Şəhər Forumunun (WUF13) 13-cü sessiyası çərçivəsində Trend ə bildirib O qeyd edib ki, həm Türkiyə

BAKI, Azərbaycan, 17 may. Azərbaycanda sosial mənzil siyasətinin uğurlu modeli formalaşıb, - Türkiyənin ətraf mühit, şəhərsalma və iqlim dəyişikliyi nazirinin müavini Ömər Bulut Bakıda keçirilən Dünya Şəhər Forumunun (WUF13) 13-cü sessiyası çərçivəsində Trend ə bildirib O qeyd edib ki, həm Türkiyədə, həm də Azərbaycanda sosial mənzil sahəsində mühüm nəticələr əldə olunub Nazir müavininin sözlərinə görə, bu günə qədər Türkiyədə 1,75 milyona yaxın sosial mənzil tikilib, Azərbaycanda isə Mənzil İnşaatı Dövlət Agentliyinin (MİDA) xətti ilə irimiqyaslı layihələr həyata keçirilir O, hər iki ölkədə əsas diqqətin aşağı gəlirli və daşınmaz əmlaka çıxışı məhdud olan vətəndaşların mənzillə təmin olunmasına yönəldiyini, insan amilinin diqqət mərkəzində olduğunu vurğulayıb “Azərbaycan və Türkiyə bir çox ölkələrlə müqayisədə sosial mənzil sahəsində daha qabaqcıl mövqelərə malikdir və öz təcrübələrini digər dövlətlərlə bölüşməyə hazırdırlar” Ömər Bulut Azərbaycanın beynəlxalq tədbirlərin təşkilində uğurlu təcrübəsini də diqqətə çatdırıb, COP29 və digər platformalara ev sahibliyi etməsinin bu imkanların təsdiqi olduğunu vurğulayıb O, həmçinin Qarabağın yenidən qurulması çərçivəsində Azərbaycanla birgə həyata keçirilən layihələri yüksək qiymətləndirib


