Tenqri
Ana Səhifə
Siyasət

Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb

BAKI, Azərbaycan, 14 may. Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb Bu, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin imzaladığı “Tullantıların idarə olunmasının təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” sərəncamda əksini tapıb Agentlik Nazirli

0 baxıştrend.az
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Paylaş:

BAKI, Azərbaycan, 14 may. Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb Bu, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin imzaladığı “Tullantıların idarə olunmasının təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” sərəncamda əksini tapıb Agentlik Nazirliyin strukturunda tullantıların idarə olunması (tullantıların yaranması, toplanması, çeşidlənməsi, daşınması, yerləşdirilməsi, emalı, istifadəsi, utilizasiyası, zərərsizləşdirilməsi və basdırılması) və tullantılara görə ödənişlərin toplanması sahəsində dövlət nəzarətini, tənzimlənməsini və əlaqələndirilməsini həyata keçirən orqandır Nazirlər Kabineti aşağıdakılarla bağlı təkliflər hazırlayıb dövlət başçısına təqdim etməlidir: iki ay müddətində agentliyin əsasnaməsinin və strukturunun layihələrini, habelə işçilərinin say həddini; “Tullantılar haqqında” qanunun və tullantıların idarə olunması ilə bağlı digər normativ hüquqi aktların qabaqcıl beynəlxalq təcrübə nəzərə alınmaqla təkmilləşdirilməsi barədə dörd ay müddətində; “2027–2030-cu illər üçün sosial-iqtisadi inkişaf strategiyası” layihəsi ilə razılaşdırılmaqla “Bərk məişət tullantılarının idarə olunmasının təkmilləşdirilməsinə dair 2027–2030-cu illər üçün Milli Strategiya” layihəsi üzrə beş ay müddətində; Bundan əlavə, hökumət iki ay müddətində agentliyin maddi-texniki təminatı məsələlərinin həlli, saxlanma xərclərinin maliyyələşdirilməsi, inzibati bina ilə təmin edilməsi və sərəncamdan irəli gələn digər məsələlərin həlli üçün zəruri tədbirlər görməlidir

Kaynak: trend.az

Diğer Haberler