Azərbaycan Beynəlxalq Nəqliyyat Forumunda müzakirələri zənginləşdirir – SecGen
Leypsiq, Almaniya, 6 may. Azərbaycan nəqliyyat məsələlərinə qeyri-Qərb perspektivini gətirməklə və qeyri-Avropa ölkələrinin iştirakını artırmaqla Beynəlxalq Nəqliyyat Forumunda (ITF) müzakirəni zənginləşdirib "Azərbaycan Mərkəzi Asiya regionundan bu platformaya rəhbərlik edən ilk ölkə olub. Biz hə

Leypsiq, Almaniya, 6 may. Azərbaycan nəqliyyat məsələlərinə qeyri-Qərb perspektivini gətirməklə və qeyri-Avropa ölkələrinin iştirakını artırmaqla Beynəlxalq Nəqliyyat Forumunda (ITF) müzakirəni zənginləşdirib "Azərbaycan Mərkəzi Asiya regionundan bu platformaya rəhbərlik edən ilk ölkə olub. Biz həmişə Qərbi Avropa tərəfdən bir çox işlərə baxmışıq, lakin Azərbaycanın sədrliyi sayəsində biz eyni məsələlərə fərqli kontekstdə baxa bilmişik. Bu, həqiqətən də müzakirələrimizi zənginləşdirib. Mən çox məmnunam və Azərbaycan tərəfdən hər zaman tam dəstəyi hiss etmişəm", - Kim deyib Bu gün Leypsiq Konqres Mərkəzində nəqliyyat nazirlərinin dünyanın ən böyük illik toplantısı olan Beynəlxalq Nəqliyyat Forumu Sammiti açılıb. Tədbirdə 80-dən çox ölkədən 1200-dən çox nümayəndə, o cümlədən nazirlər, maliyyəçilər, beynəlxalq təşkilatların rəhbərləri, biznes nümayəndələri və ekspertlər iştirak edir Bu il iştirakçılar dayanıqlı nəqliyyatın maliyyələşdirilməsini müzakirə edirlər
