Tenqri
Ana Səhifə
İqtisadiyyat

Azərbaycan Venesuela və İranla strateji enerji danışıqları aparır (FOTO)

BAKI, Azərbaycan, 3 iyun. Azərbaycanın energetika naziri Pərviz Şahbazov Venesuelanın Karbohidrogenlər üzrə Xalq Enerjisi Nazirliyində qaz nazirinin müavini Sindi Rondon Kordova və İranın neft nazirinin müavini və İran Milli Qaz Şirkətinin icraçı direktoru Səid Təvakoli ilə görüşlər keçirib Venesu

0 baxıştrend.az
Azərbaycan Venesuela və İranla strateji enerji danışıqları aparır (FOTO)
Paylaş:

BAKI, Azərbaycan, 3 iyun. Azərbaycanın energetika naziri Pərviz Şahbazov Venesuelanın Karbohidrogenlər üzrə Xalq Enerjisi Nazirliyində qaz nazirinin müavini Sindi Rondon Kordova və İranın neft nazirinin müavini və İran Milli Qaz Şirkətinin icraçı direktoru Səid Təvakoli ilə görüşlər keçirib Venesuelanın Karbohidrogenlər üzrə Xalq Enerjisi Nazirliyinin qaz nazirinin müavini Sindi Rondon Kordova ilə görüşdə tərəflər beynəlxalq forumlar çərçivəsində keçirilmiş əvvəlki danışıqları, eləcə də iki ölkə arasında enerji sahəsində əlaqələrin möhkəmləndirilməsində OPEC+ çərçivəsində əməkdaşlığın rolunu qeyd ediblər. Növbəti onilliklərdə qlobal enerji tələbatının artması fonunda enerji istehsal edən dövlətlər arasında əməkdaşlığın vacibliyi vurğulanıb. İki ölkə arasında neft-qaz sahəsində əməkdaşlığın perspektivləri də müzakirə olunub Bundan başqa, Venesuelanın böyük neft və qaz ehtiyatlarına malik olduğu vurğulanıb, yeni yataqların işlənilməsi, dəniz layihələrinin genişləndirilməsi, beynəlxalq enerji şirkətləri ilə əməkdaşlıq imkanları nəzərdən keçirilib. Həmçinin Azərbaycanın karbohidrogenlər sektorunda təcrübəsi barədə məlumat verilib. İki ölkənin dövlət enerji şirkətləri arasında potensial əməkdaşlıq sahələri, o cümlədən mütəxəssis hazırlığı, universitetlərarası mübadilə və insan kapitalının inkişafı əlavə olaraq nəzərdən keçirilib İranın neft nazirinin müavini və İran Milli Qaz Şirkətinin icraçı direktoru Səid Təvakoli ilə ayrıca görüşdə tərəflər neft, qaz və elektrik enerjisi sahələrində Azərbaycan-İran əməkdaşlığını müzakirə ediblər. D-8 çərçivəsində enerji əlaqələrinin inkişafına dair müzakirələrlə yanaşı, birgə layihələrin gedişatı nəzərdən keçirilib

Kaynak: trend.az

Diğer Haberler