Tenqri
Ana Səhifə
Siyasət

Azərbaycanda “Biznesin İnkişafı Fondu” genişləndirilmiş səlahiyyətlərə malikdir - fərman

BAKI, Azərbaycan, 9 iyun. Prezident İlham Əliyev “Sahibkarlıq subyektlərinə verilmiş kreditlər üzrə zəmanətlərin və faiz subsidiyalarının verilməsi mexanizmlərinin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında”, habelə bir sıra müvafiq fərmanlarda dəyişiklik edilməsi haqqında fərman imzalayı

0 baxıştrend.az
Azərbaycanda “Biznesin İnkişafı Fondu” genişləndirilmiş səlahiyyətlərə malikdir - fərman
Paylaş:

BAKI, Azərbaycan, 9 iyun. Prezident İlham Əliyev “Sahibkarlıq subyektlərinə verilmiş kreditlər üzrə zəmanətlərin və faiz subsidiyalarının verilməsi mexanizmlərinin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında”, habelə bir sıra müvafiq fərmanlarda dəyişiklik edilməsi haqqında fərman imzalayıb Fərmana əsasən, İpoteka və Kredit Zəmanət Fondunun sahibkarların manatla aldıqları kreditlərə zəmanət vermək və bu kreditlər üzrə hesablanmış faizlərin subsidiyalaşdırılması ilə bağlı səlahiyyətləri İqtisadiyyat Nazirliyi yanında “Azərbaycan Sahibkarlığın İnkişafı Fondu” ASC-yə verilib Fərman qüvvəyə minənədək Fonddan sahibkarların manatla aldıqları kreditlər üzrə verilən təminatlar və bu kreditlər üzrə hesablanmış faizlərin qüvvədə olan normativ hüquqi aktlara uyğun olaraq subsidiyalaşdırılması ilə bağlı hüquq və vəzifələrinin tam şəkildə həyata keçirilməsini təmin etmək tapşırılıb Fərmanda nəzərdə tutulmuş zəmanət və faiz subsidiyaları mexanizmləri ilkin olaraq pilot layihə kimi 2030-cu il dekabrın 31-dək Bakı şəhəri və Abşeron rayonu istisna olmaqla, respublikanın bütün bölgələrində tətbiq ediləcək Faiz dərəcəsinə zəmanət və subsidiya mexanizmlərinə əsasən, müvəkkil təşkilatlar tərəfindən sahibkarlıq subyektlərinə verilən kreditlər üzrə illik faiz dərəcəsinin yuxarı həddi 13 faiz təşkil edir, belə kreditlər üzrə hesablanmış illik faiz dərəcəsinin 50 faizi dövlət büdcəsindən subsidiyalaşdırılır Faiz dərəcəsinə zəmanət və subsidiya mexanizmlərinin tətbiqi “Elektron kredit və zəmanət” informasiya sistemi Bakı şəhəri və Abşeron rayonu istisna olmaqla, bütün ölkəni əhatə edənədək həm elektron, həm də kağız sənədlərin qəbulu və emalı yolu ilə həyata keçirilir

Kaynak: trend.az

Diğer Haberler