Tenqri
Ana Səhifə
İqtisadiyyat

Azərbaycan və İƏT Təmiz Enerji Mərkəzinin inkişafı və yeni əməkdaşlıq layihələrini müzakirə ediblər (FOTO)

BAKI, Azərbaycan, 29 aprel. Azərbaycanın Energetika Nazirliyi və İqtisadi Əməkdaşlıq Təşkilatı (İƏT) Təmiz Enerji Mərkəzinin inkişafı və yeni əməkdaşlıq layihələrini müzakirə ediblər, Trend-in Energetika Nazirliyinə istinadən verdiyi məlumata görə Energetika naziri Pərviz Şahbazovla İƏT Təmiz Ener

0 baxıştrend.az
Azərbaycan və İƏT Təmiz Enerji Mərkəzinin inkişafı və yeni əməkdaşlıq layihələrini müzakirə ediblər (FOTO)
Paylaş:

BAKI, Azərbaycan, 29 aprel. Azərbaycanın Energetika Nazirliyi və İqtisadi Əməkdaşlıq Təşkilatı (İƏT) Təmiz Enerji Mərkəzinin inkişafı və yeni əməkdaşlıq layihələrini müzakirə ediblər, Trend-in Energetika Nazirliyinə istinadən verdiyi məlumata görə Energetika naziri Pərviz Şahbazovla İƏT Təmiz Enerji Mərkəzinin icraçı direktoru Aysel Yaqubova arasında görüş olub Məlumata görə, görüşdə regional əməkdaşlıq platforması kimi Təmiz Enerji Mərkəzinin fəaliyyəti, nəzərdə tutulan layihələr, birgə təşəbbüslərin həyata keçirilməsi ilə bağlı fikir mübadiləsi aparılıb "Tərəflər "Azərbaycan Respublikası Hökuməti ilə ev sahibi ölkə kimi İƏT Təmiz Enerji Mərkəzi arasında Saziş"dən irəli gələn məsələləri, habelə təşkilatın maliyyələşdirilməsi və beynəlxalq təşkilatlar, enerji şirkətləri və maliyyə institutları ilə tərəfdaşlıq imkanlarını müzakirə ediblər. Mərkəz ECO üzvü olan dövlətlər üzrə bərpaolunan enerji və enerji səmərəliliyi sahəsində milli qanunvericiliyin, normativ hüquqi aktların və siyasət çərçivələrinin mərkəzləşdirilmiş məlumat bazasının yaradılmasını planlaşdırır" Bundan başqa, bu cür təşəbbüslərin investorlar, maliyyə institutları və digər maraqlı tərəflər üçün faydalı olacağı vurğulanıb Təmiz Enerji Mərkəzi xidmət etdiyi ölkələrdə bu sahədə bilik və bacarıqların inkişafını təşviq etmək, təcrübə mübadiləsini təşviq etmək, regional və beynəlxalq forumlarda iştirakını genişləndirmək niyyətindədir Müzakirələr zamanı Mərkəzin fəaliyyətinə Energetika Nazirliyi tərəfindən dəstək ifadə olunub, Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyi ilə birgə tədbirlərin keçirilməsi ilə bağlı tövsiyələr verilib”, - nazirlikdən bildirilib Mərkəz, İƏT-in ixtisaslaşmış orqanı kimi, həmçinin Birləşmiş Millətlər Təşkilatının Sənaye İnkişafı Təşkilatının (UNIDO) Regional Davamlı Enerji Mərkəzlərinin Qlobal Şəbəkəsinin (GN-SEC) bir hissəsidir və 2025-ci ilin sentyabrında fəaliyyətə başlamışdır

Kaynak: trend.az

Diğer Haberler

Azerbaijan, ECO discuss Clean Energy Center dev't, new cooperation projects (PHOTO) | Tenqri