Azərbaycan qlobal maliyyə bazarlarında volatillik və tənzimləmə məsələlərini müzakirə edir
BAKI, Azərbaycan, 15 may. Azərbaycan qlobal maliyyə bazarlarında volatillik və tənzimləmə məsələlərinin müzakirələrində iştirak edib Müzakirələr Qiymətli Kağızlar Komissiyaları Beynəlxalq Təşkilatının (IOSCO) Avropa Regional Komitəsinin (ERC) onlayn illik toplantısı zamanı aparılıb IOSCO Direkto

BAKI, Azərbaycan, 15 may. Azərbaycan qlobal maliyyə bazarlarında volatillik və tənzimləmə məsələlərinin müzakirələrində iştirak edib Müzakirələr Qiymətli Kağızlar Komissiyaları Beynəlxalq Təşkilatının (IOSCO) Avropa Regional Komitəsinin (ERC) onlayn illik toplantısı zamanı aparılıb IOSCO Direktorlar Şurasının sədri Jan-Pol Servaisin sədrliyi ilə keçirilən toplantıda region üzrə 50-dən çox qiymətli kağız tənzimləyicisindən 100 nümayəndə bir araya gəlib Tədbirdə AMB-ni sədr müavini Əli Əhmədov təmsil edib. O, cari geosiyasi hadisələrin beynəlxalq maliyyə bazarlarında yaratdığı volatilliyin yerli kapital bazarlarına təsirindən danışıb İTM üzvləri qiymətli kağızlar bazarlarında sabitliyin təmin edilməsi sahəsində yeniliklər barədə fikir mübadiləsi aparıb, investorların müdafiəsi və nəzarəti üzrə beynəlxalq əməkdaşlığın gücləndirilməsi yollarını müzakirə ediblər. Bundan əlavə, iştirakçılara IOSCO-nun 2026-cı il üçün iş planının icrası barədə məlumat verilib və tənzimləyici yanaşmalar arasında ardıcıllığın təşviqində təşkilatın rolu vurğulanıb
