Tenqri
Ana Səhifə
Dünya

Azərbaycan Asiya İnkişaf Bankı ilə səhiyyə sahəsində əməkdaşlığı müzakirə edib (FOTO)

BAKI, Azərbaycan, 12 may. Azərbaycanın səhiyyə naziri Teymur Musayev Asiya İnkişaf Bankının (AİB) 3-cü sektor departamentinin (SD3) direktoru Kristin Enqstromun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirib Məlumata görə, səhiyyə naziri qeyd edib ki, Azərbaycan hökuməti səhiyyə sisteminin da

0 baxıştrend.az
Azərbaycan Asiya İnkişaf Bankı ilə səhiyyə sahəsində əməkdaşlığı müzakirə edib (FOTO)
Paylaş:

BAKI, Azərbaycan, 12 may. Azərbaycanın səhiyyə naziri Teymur Musayev Asiya İnkişaf Bankının (AİB) 3-cü sektor departamentinin (SD3) direktoru Kristin Enqstromun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirib Məlumata görə, səhiyyə naziri qeyd edib ki, Azərbaycan hökuməti səhiyyə sisteminin davamlı inkişafını, tibbi infrastrukturun müasirləşdirilməsini, əhaliyə keyfiyyətli tibbi xidmətin göstərilməsini prioritet istiqamətlər kimi müəyyən edib. Teymur Musayev vurğulayıb ki, son illər ölkədə tibb müəssisələrinin müasirləşdirilməsi və rəqəmsal həllərin tətbiqi istiqamətində mühüm addımlar atılıb Nazir Asiya İnkişaf Bankı ilə əməkdaşlığın səhiyyə sahəsində islahatların daha səmərəli həyata keçirilməsinə və qabaqcıl beynəlxalq təcrübənin tətbiqinə mühüm töhfə verdiyini də vurğulayıb. Teymur Musayev innovativ layihələr, xüsusilə regional tibb infrastrukturunun inkişafı və tibb kadrlarının potensialının gücləndirilməsi sahələrində gələcək birgə təşəbbüslərin vacibliyini qeyd edib Öz növbəsində, Kristin Enqstrom Azərbaycan hökumətinin səhiyyə sektorunda həyata keçirdiyi islahatları yüksək qiymətləndirib və AİB-in bu səyləri dəstəkləməyə hazır olduğunu vurğulayıb. O, insan kapitalının inkişafı və sosial sektor layihələrinin həyata keçirilməsi baxımından Azərbaycan ilə əməkdaşlığın strateji əhəmiyyətini qeyd edərək, yeni birgə təşəbbüslərə, xüsusilə ana və uşaq sağlamlığı, tibb işçilərinin hazırlanması, innovativ tibbi texnologiyaların tətbiqi sahələrində maraqlı olduğunu bildirib

Kaynak: trend.az

Diğer Haberler