Azərbaycan Dünya Bankı ilə bərpa olunan enerji layihələrinin inkişafını müzakirə edir
BAKI, Azərbaycan, 3 iyun. Azərbaycan Dünya Bankı ilə bərpa olunan enerji layihələrinin, o cümlədən günəş enerjisi istehsalının inkişafı və binaların damlarında günəş panellərinin quraşdırılması proqramlarını müzakirə edir O, bunu 31-ci Beynəlxalq “Xəzər Neft və Qaz” sərgisi çərçivəsində keçirilən

BAKI, Azərbaycan, 3 iyun. Azərbaycan Dünya Bankı ilə bərpa olunan enerji layihələrinin, o cümlədən günəş enerjisi istehsalının inkişafı və binaların damlarında günəş panellərinin quraşdırılması proqramlarını müzakirə edir O, bunu 31-ci Beynəlxalq “Xəzər Neft və Qaz” sərgisi çərçivəsində keçirilən panel müzakirəsi zamanı deyib Nazir müavini qeyd edib ki, ölkədə yaşıl enerjiyə keçid prosesi gedir və bərpa olunan enerji mənbələrinin inkişafına fəal investisiyalar yatırılır "Gələn ilə biz 5 milyard kilovat-saat elektrik enerjisi istehsal edəcək 2 giqavat gücün milli elektrik şəbəkəsinə daxil edilməsini və inteqrasiyasını planlaşdırırıq. Bu, karbon və istixana qazı emissiyalarını 2,4 milyon ton azaldacaq, həmçinin ölkə daxilində istifadə oluna və ixrac edilə bilən 1,1 milyard kubmetr qazın sərbəst buraxılmasına imkan verəcək", - o bildirib O qeyd edib ki, Dünya Bankı ilə birgə tədqiqatın ilkin nəticələri ölkədə dam örtüyü günəş panellərinin inkişafı üçün əhəmiyyətli potensialın olduğunu, bazar və investorların marağından xəbər verir Zeynalov, həmçinin vurğulayıb ki, Azərbaycan Energetika Nazirliyi tədqiqatın nəticələrinin və müvafiq layihələrin gələcəkdə də həyata keçirilməsi və təbliği üçün dəstək verməyə hazırdır
Diğer Haberler

Özbəkistan və AYİB kapital bazarında islahatlar və maliyyə infrastrukturunun inkişafı məsələlərini müzakirə edirlər

Özbəkistanın “Trastbank”ı səhm kapitallaşması hesabına kapitalın 83,8 milyon dollar artırılmasını təsdiqləyib
