Tenqri
Ana Səhifə
Dünya

Azərbaycan 2026-cı ildə Qarabağ üçün nəzərdə tutulan suvarma suyu sahəsini açıqlayıb

AĞCABƏDİ, Azərbaycan, 16 iyun. Bu il Azərbaycanın Qarabağ iqtisadi rayonunda 249 min hektardan çox əkin sahəsinin suvarma suyu ilə təmin edilməsi planlaşdırılır. Bu barədə Azərbaycan Dövlət Su Təsərrüfatı Agentliyinin sədr müavini İlham Bayramov bildirib O, bunu “Azərbaycan Respublikasında kənd tə

0 baxıştrend.az
Azərbaycan 2026-cı ildə Qarabağ üçün nəzərdə tutulan suvarma suyu sahəsini açıqlayıb
Paylaş:

AĞCABƏDİ, Azərbaycan, 16 iyun. Bu il Azərbaycanın Qarabağ iqtisadi rayonunda 249 min hektardan çox əkin sahəsinin suvarma suyu ilə təmin edilməsi planlaşdırılır. Bu barədə Azərbaycan Dövlət Su Təsərrüfatı Agentliyinin sədr müavini İlham Bayramov bildirib O, bunu “Azərbaycan Respublikasında kənd təsərrüfatı istehsalının və emalının, balıqçılığın və akvakulturanın inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı” çərçivəsində Ağcabədi rayonunda keçirilən Qarabağ iqtisadi rayonu üzrə regional müşavirədə deyib Onun sözlərinə görə, hazırda qurumun xidmət göstərdiyi ərazilərdə 249 min 307 hektar suvarılan torpaq sahəsi var və bu il həmin ərazilərə 1 milyard 270 milyon kubmetrdən çox suvarma suyunun verilməsi nəzərdə tutulub “Ayrılacaq suyun 62,7 faizi taxıl və yem bitkilərinin, 37,3 faizi isə pambıqçılıq, bostançılıq, tərəvəzçilik, çoxillik bitkilər və həyətyanı sahələrin su təminatına yönəldiləcək Ağcabədi, Ağdam, Bərdə, Füzuli, Tərtər rayonlarında ümumi uzunluğu 5272 kilometr olan suvarma infrastrukturu fəaliyyət göstərir. Bu ərazilərdə 29 Su İstifadəçiləri Assosiasiyası fəaliyyət göstərir və bu birliklər 249 870 hektar xidmət sahəsini əhatə edən 256 kənddə 78 147 su istifadəçisinə xidmət göstərir Dövlət tərəfindən su ehtiyatlarının formalaşdırılması, su infrastrukturunun qurulması, kənd təsərrüfatı sahələrinə suvarma suyunun çatdırılması istiqamətində mühüm tədbirlər həyata keçirilir”

Kaynak: trend.az

Diğer Haberler