Azərbaycan WUF13 tədbiri üçün taksilərin sayını açıqlayıb
BAKI, Azərbaycan, 16 may. Azərbaycan Quru Nəqliyyatı Agentliyindəki mənbə Trend-ə bildirib ki, Ümumdünya Şəhər Forumunun 13-cü sessiyası (WUF 13) ilə bağlı daşınmalara Bakı Taksi xidmətinin ümumilikdə 150 avtomobili və taksi sifarişi operatorlarının tərəfdaşlığı ilə hava limanında daşınmalar üçün 33

BAKI, Azərbaycan, 16 may. Azərbaycan Quru Nəqliyyatı Agentliyindəki mənbə Trend-ə bildirib ki, Ümumdünya Şəhər Forumunun 13-cü sessiyası (WUF 13) ilə bağlı daşınmalara Bakı Taksi xidmətinin ümumilikdə 150 avtomobili və taksi sifarişi operatorlarının tərəfdaşlığı ilə hava limanında daşınmalar üçün 330 digər nəqliyyat vasitəsi cəlb olunub Agentlik qeyd edib ki, sürücülər üçün xüsusi treninqlər keçirilib, WUF13 ilə bağlı taksi parkları ilə görüş keçirilib, müvafiq tapşırıqlar verilib. Təhlükəsizlik tədbirləri nəzərə alınaraq, stadionun nəqliyyat zonasında və Koroğlu Nəqliyyat Qovşağında taksilər fəaliyyət göstərəcək. Eyni zamanda, hava limanında baş verən hadisə ilə bağlı taksi sifariş edən operatorlar tərəfindən sifariş edilən nəqliyyat vasitələrinin qəbul və buraxma məntəqələri 2 saylı Terminalın qarşısında müəyyən edilib Quru Nəqliyyatı Agentliyi WUF13 Əməliyyat Şirkəti ilə birlikdə WUF13 forumu çərçivəsində 9 HUB və 2 yekun məntəqə, həmçinin 67-dən çox aralıq məntəqə təşkil edib Tədbir günlərində tədbir iştirakçılarının Heydər Əliyev Beynəlxalq Aeroportundan müəyyən edilmiş məntəqələrə daşınması üçün 6, həmin məntəqələrdən forum ərazisinə daşınması üçün isə 12 marşrut xətti fəaliyyət göstərir. Nəqliyyat əsasən elektrik avtobusları ilə həyata keçirilir. Nəqliyyat əməliyyatlarını həyata keçirmək üçün bu proseslərə sürücülər və rəhbərlik də daxil olmaqla 1500-ə yaxın əməkdaş cəlb olunub


