Azərbaycan WUF13-də Bakıda keçirilən tədbirlərin sayını açıqlayıb
BAKI, Azərbaycan, 22 may. Ümumdünya Şəhər Forumunun (WUF13) 13-cü sessiyası çərçivəsində ümumilikdə 97 müxtəlif tədbir keçirilib. Trend-in məlumatına görə, bunu Forum çərçivəsində keçirilən rəsmi yekun mətbuat konfransında Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri, WUF13-ün Milli Koordinato
BAKI, Azərbaycan, 22 may. Ümumdünya Şəhər Forumunun (WUF13) 13-cü sessiyası çərçivəsində ümumilikdə 97 müxtəlif tədbir keçirilib. Trend-in məlumatına görə, bunu Forum çərçivəsində keçirilən rəsmi yekun mətbuat konfransında Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri, WUF13-ün Milli Koordinatoru Anar Quliyev deyib Onun sözlərinə görə, hər bir ölkə pavilyonlarda 30-dan çox tədbir təşkil edərək, özünü təmsil etmək imkanı əldə edib "Biz Ümumdünya Şəhər Forumunun 13-cü sessiyasının miqyasını Bakının hüdudlarından kənara da genişləndirdik. Forum çərçivəsində Azərbaycanın 9 müxtəlif şəhərində festivallar təşkil olundu. Bu forum həm də insanların fəal iştirakı ilə yadda qaldı. Könüllülərin sayı və gənclərin fəal iştirakı Azərbaycan gəncliyinin nə qədər dinamik və təşəbbüskar olduğunu göstərdi. Biz yeni-yeni təcrübələrin formalaşmasına, əsas təşəbbüslərin formalaşmasına nail olduq" Bu gün Dünya Şəhər Forumunun (WUF13) 13-cü sessiyasının yekun günüdür Birinci gün Yeni Şəhər Gündəliyinə həsr olunmuş nazirlərin görüşü, nazirlərin dəyirmi masası, qadınlar və vətəndaş cəmiyyəti üçün məclislər, işgüzar sessiyalar və şəhərin rifahı ilə bağlı müzakirələr olub. BMT və Azərbaycan bayraqlarının qaldırılması ilə bağlı rəsmi mərasim də baş tutub İkinci gün qlobal mənzil böhranı, urbanizasiya siyasəti və şəhər dayanıqlılığı ilə bağlı yüksək səviyyəli müzakirələrin aparıldığı ilk Liderlər Zirvəsi üçün seçildi. Eyni zamanda, Latın Amerikası regionu ilə əməkdaşlığın genişləndirilməsi və WUF14-ə hazırlıq üçün mühüm platforma rolunu oynayan Mexiko şəhər pavilyonunun açılışı baş tutdu WUF13-ün üçüncü günü qlobal mənzil böhranı, təhlükəsiz və inklüziv şəhərlərin formalaşması, iqlimə davamlılıq, süni intellekt və şəhər idarəetməsi, yaşıl urbanizasiya, sosial bərabərlik və dayanıqlı nəqliyyatı əhatə edən hərtərəfli tədbirlər proqramı təqdim etdi Üçüncü günün diqqət çəkən məqamlarından biri də Azərbaycanın Şuşa şəhəri ilə Türkiyənin Trabzon şəhəri arasında qardaşlaşmış şəhər memorandumunun imzalanması olub WUF13-ün dördüncü günü urbanizasiya, iqlim dəyişikliyi, inklüziv şəhər inkişafı, mənzil siyasəti və davamlı idarəçiliyə həsr olunmuş geniş tədbirlər proqramı təqdim etdi WUF13-ün beşinci günü qlobal mənzil böhranı, təhlükəsiz və inklüziv şəhərlərin yaradılması, iqlimə davamlılıq, şəhər idarəetməsində süni intellektin istifadəsi, yaşıl urbanizasiya və sosial bərabərliklə bağlı müzakirələri davam etdirib Dördüncü gündə keçirilən BMT-nin Mərkəzi Asiya İqtisadiyyatları üzrə Xüsusi Proqramının (SPECA) Şəhərlər Forumunun mühüm hadisələrindən biri Almatı şəhərinin “SPECA Ağıllı İqlimə Dayanıqlı Şəhərlər Forumunun yaradılmasına dair Niyyət Bəyannaməsi”nə rəsmi qoşulmasının elan edilməsi oldu Həmçinin, WUF tarixində ilk dəfə və Azərbaycanın təşəbbüsü ilə “WUF13 QHT Forumu: Qlobal Tərəfdaşlıq və Qərar Qəbuletmə” adlı tədbir keçirilib 182 ölkədən 40 000-dən çox qeydiyyatdan keçmiş iştirakçını cəlb edən WUF13 mayın 22-dək davam edəcək. “Dünyada mənzil: Təhlükəsiz və dayanıqlı şəhərlər və icmalar” mövzusu altında keçirilən forum davamlı şəhər inkişafı sahəsində qlobal əməkdaşlığı gücləndirmək üçün hökumətləri, beynəlxalq təşkilatları, ekspertləri və vətəndaş cəmiyyəti nümayəndələrini bir araya gətirir

