Tenqri
Ana Səhifə
Dünya

Azərbaycan böhrandan sonrakı və münaqişədən sonrakı ölkələr üçün model hazırlayır - rəsmi

BAKI, Azərbaycan, 19 may. Azərbaycan böhrandan sonrakı və münaqişədən sonrakı ölkələr üçün model hazırlayır. Trend -in məlumatına görə, bunu Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Aparat rəhbərinin müavini Gülşən Rzayeva WUF13 çərçivəsində dinc iqlim fəaliyyətinə həsr olunmuş tədbirdə deyib

0 baxıştrend.az
Azərbaycan böhrandan sonrakı və münaqişədən sonrakı ölkələr üçün model hazırlayır - rəsmi
Paylaş:

BAKI, Azərbaycan, 19 may. Azərbaycan böhrandan sonrakı və münaqişədən sonrakı ölkələr üçün model hazırlayır. Trend -in məlumatına görə, bunu Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Aparat rəhbərinin müavini Gülşən Rzayeva WUF13 çərçivəsində dinc iqlim fəaliyyətinə həsr olunmuş tədbirdə deyib Onun sözlərinə görə, Azərbaycanın Qarabağ və Şərqi Zəngəzur ərazilərinin bərpası və yenidən qurulması sahəsində böyük təcrübəsi var O qeyd edib ki, yenidənqurma geniş və sistemli şəkildə aparılır "Azərbaycan böhrandan sonrakı və münaqişədən sonrakı ölkələr üçün model hazırlayır. Bu yenidənqurma prosesi təkcə binaların bərpasını deyil, həm də şəhərlərin, cəmiyyətlərin, insanların həyatının yenidən qurulmasını nəzərdə tutur və nəticədə regionun ümumi gücünü artırır", - deyə rəsmi əlavə edib Bakıda Ümumdünya Şəhər Forumunun (WUF13) 13-cü sessiyasının üçüncü günü davam edir Birinci gün Yeni Şəhər Gündəliyinə həsr olunmuş nazirlər görüşü, nazirlərin dəyirmi masası, qadın və vətəndaş cəmiyyəti assambleyaları, işgüzar sessiyalar və şəhərin rifahı ilə bağlı müzakirələr keçirilib. Forum çərçivəsində Birləşmiş Millətlər Təşkilatının və Azərbaycanın bayraqlarının qaldırılması mərasimi də olub Forumun ikinci günü tarixdə ilk dəfə keçirilən Liderlər Zirvəsi ilə diqqət çəkib. Həmin gün qlobal mənzil böhranı, urbanizasiya siyasəti və şəhərin davamlılığı ilə bağlı yüksək səviyyəli müzakirələr aparılıb. Eyni zamanda WUF13 çərçivəsində Mexiko pavilyonunun açılışı olub. Pavilyon Latın Amerikası regionu ilə əməkdaşlığın genişləndirilməsi və WUF14-ə hazırlıq üçün mühüm platforma kimi təqdim edilib 182 ölkədən 40 000-dən çox qeydiyyatdan keçmiş iştirakçını cəlb edən WUF13 mayın 22-dək davam edəcək. “Dünyada mənzil: Təhlükəsiz və dayanıqlı şəhərlər və icmalar” mövzusu altında keçirilən forum davamlı şəhər inkişafı sahəsində qlobal əməkdaşlığı gücləndirmək üçün hökumətləri, beynəlxalq təşkilatları, ekspertləri və vətəndaş cəmiyyəti nümayəndələrini bir araya gətirir

Kaynak: trend.az

Diğer Haberler