Tenqri
Ana Səhifə
Dünya

Azərbaycan WUF13 üzrə nəqliyyat əməliyyatları üçün rəqəmsal nəqliyyat xəritəsi hazırlayır

BAKI, Azərbaycan, 5 may. Azərbaycanda WUF13 tədbiri ilə bağlı rəqəmsal nəqliyyat xəritəsi hazırlanıb. Trend-in məlumatına görə, bunu WUF13 Azərbaycan Əməliyyat Şirkətinin Nəqliyyat Departamentinin rəhbəri Vüqar Aslanov WUF13 üzrə nəqliyyatın idarə edilməsi planının təqdimatı ilə bağlı brifinqdə deyi

0 baxıştrend.az
Azərbaycan WUF13 üzrə nəqliyyat əməliyyatları üçün rəqəmsal nəqliyyat xəritəsi hazırlayır
Paylaş:

BAKI, Azərbaycan, 5 may. Azərbaycanda WUF13 tədbiri ilə bağlı rəqəmsal nəqliyyat xəritəsi hazırlanıb. Trend-in məlumatına görə, bunu WUF13 Azərbaycan Əməliyyat Şirkətinin Nəqliyyat Departamentinin rəhbəri Vüqar Aslanov WUF13 üzrə nəqliyyatın idarə edilməsi planının təqdimatı ilə bağlı brifinqdə deyib O qeyd edib ki, bu xəritə iştirakçılara real vaxt rejimində bütün daşıma planını təqdim edir. Buraya rəsmi otellər, nəqliyyat mübadilə mərkəzləri, marşrutlar və onların cədvəlləri haqqında məlumatlar daxildir Aslanovun sözlərinə görə, tədbirlə bağlı VAP portalı və “yaşıl zolaq” sistemi də tətbiq edilib "VAP sistemi avtonəqliyyat vasitələrinin əraziyə daxil olmasını və park edilməsini tənzimləyir. Əraziyə yalnız icazəsi olan avtomobillər buraxılır və sistem dövlət qurumları ilə razılaşdırılaraq işləyir İnklüziv və dayanıqlı nəqliyyat prinsipləri də nəzərə alınıb. İstər nəqliyyat mübadilə mərkəzlərində, istər şəhər avtobuslarında, istərsə də Bakı Olimpiya Stadionunda fiziki məhdudiyyətli şəxslərin əlçatanlığı təmin edilib və onlar üçün uyğun nəqliyyat həlləri hazırlanıb”, - deyə rəsmi əlavə edib Ümumdünya Şəhər Forumunun (WUF13) 13-cü sessiyası 17-22 may 2026-cı il tarixlərində Bakıda “Dünyada yaşayış: təhlükəsiz və möhkəm şəhərlər və icmalar” mövzusunda keçiriləcək. BMT-Habitat tərəfindən təşkil edilən WUF13, qlobal mənzil böhranını həll etmək və şəhər dayanıqlığını artırmaq məqsədi daşıyan davamlı urbanizasiya üzrə əsas qlobal forum kimi xidmət edir

Kaynak: trend.az

Diğer Haberler