Azərbaycanda qida təhlükəsizliyi ilə bağlı yeni proqram layihəsi hazırlanır - Rəsmi
BAKI, Azərbaycan, 6 may. Azərbaycanda qida təhlükəsizliyi sahəsində yeni proqram layihəsi hazırlanır. Trend -in məlumatına görə, bunu Qida Təhlükəsizliyi Agentliyinin sədr müavini Zəkiyyə Mustafayeva Bakıda keçirilən "Caspian Agro Week" çərçivəsində keçirilən V Aqrobiznesin İnkişafı Forumunda deyib

BAKI, Azərbaycan, 6 may. Azərbaycanda qida təhlükəsizliyi sahəsində yeni proqram layihəsi hazırlanır. Trend -in məlumatına görə, bunu Qida Təhlükəsizliyi Agentliyinin sədr müavini Zəkiyyə Mustafayeva Bakıda keçirilən "Caspian Agro Week" çərçivəsində keçirilən V Aqrobiznesin İnkişafı Forumunda deyib Onun sözlərinə görə, hazırda Azərbaycan məhsulları dünyanın 73 ölkəsinə ixrac olunur ki, bu da görülən işlərin real nəticəsidir O qeyd edib ki, Azərbaycanın yüksək patogenli quş qripi, Afrika donuz taunu, quduzluq və Afrika at xəstəliyindən azad olması Ümumdünya Heyvan Sağlamlığı Təşkilatı tərəfindən təsdiqlənib "Xəstəliksiz statusun əldə edilməsi heyvan və heyvan mənşəli məhsulların ixracı üçün yeni imkanlar yaradır. Ötən il bir sıra ölkələrə quş əti, akvakultura, süd məhsulları, eləcə də istehlak və damazlıq üçün yumurta ixrac edilib", - o qeyd edib Mustafayeva Çinlə əməkdaşlığın genişləndirilməsini xüsusi vurğulayıb "Dünyanın ən böyük bazarlarından biri olan Çinə çıxış istiqamətində mühüm addımlar atılıb. Bu il fındıq və badam məhsullarının ixracı üçün müvafiq icazələr alınıb", - rəsmi izahat verib Onun sözlərinə görə, ötən il rekord həcmdə xurma ixrac edilib, xarici bazarlara isə ümumilikdə 914 min ton bitkiçilik məhsulları çıxarılıb Sədr müavini qeyd edib ki, Birləşmiş Ərəb Əmirlikləri kimi yüksək tələbatlı bazarlarla əməkdaşlıq da genişlənir "Bu il ət, süd, dəniz məhsulları, bal və arıçılıq məhsulları üçün baytarlıq sertifikatları razılaşdırılıb", - Mustafayeva vurğulayıb O qeyd edib ki, ölkədə ərzaq təhlükəsizliyi sahəsində Dövlət Proqramı uğurla başa çatıb, yeni proqram layihəsi hazırlanır Qurum rəsmisi onu da qeyd edib ki, yeni hazırlanan “Bitki sağlamlığı haqqında” və “Heyvan sağlamlığı haqqında” qanun layihələri müvafiq dövlət prosedurlarından keçir Mustafayeva əlavə edib ki, istifadəyə yararsız pestisidlərin zərərsizləşdirilməsi istiqamətində də mühüm işlər görülür “Ağstafa, Beyləqan, Samux, İmişli və Füzuli rayonlarından toplanmış 1351 ton pestisid və çirklənmiş torpaq Ceyrançöl poliqonuna daşınaraq zərərsizləşdirilib”, - deyə o, yekunlaşdırıb Trend İnformasiya Agentliyinin WhatsApp kanalında daha çox xəbərlərdən xəbərdar olun


