Tenqri
Ana Səhifə
İqtisadiyyat

Azərbaycan 20 ildən az müddətdə yoxsulluğu 49%-dən 5%-ə endirib - nazir

BAKI, Azərbaycan, 19 may. Azərbaycan 20 ildən az müddətdə yoxsulluğu 49%-dən 5%-ə endirməyə nail olub. Trend -in məlumatına görə, bunu ölkənin iqtisadiyyat naziri Mikayıl Cabbarov deyib O, bu barədə WUF13 çərçivəsində keçirilən “Əlaqə mərkəzində olan şəhərlər: Şəhər Yenidənqurma və Regional Əməkda

0 baxıştrend.az
Azərbaycan 20 ildən az müddətdə yoxsulluğu 49%-dən 5%-ə endirib - nazir
Paylaş:

BAKI, Azərbaycan, 19 may. Azərbaycan 20 ildən az müddətdə yoxsulluğu 49%-dən 5%-ə endirməyə nail olub. Trend -in məlumatına görə, bunu ölkənin iqtisadiyyat naziri Mikayıl Cabbarov deyib O, bu barədə WUF13 çərçivəsində keçirilən “Əlaqə mərkəzində olan şəhərlər: Şəhər Yenidənqurma və Regional Əməkdaşlıq” adlı tədbirdə bildirib Nazir şəhərlərin iqtisadi inkişafı ilə nəqliyyat infrastrukturu arasında əlaqənin yaradılmasının zəruriliyini qeyd edərək, bütün bu proseslərin əsas məqsədinin əhalinin rifahının yüksəldilməsi olmasının vacibliyini qeyd edib Cabbarov vurğulayıb ki, Bakı tarixən sivilizasiyaların, ticarət yollarının, mədəniyyətlərin qovuşuğunda yerləşən şəhər olub və bu gün də bu rolu oynamaqda davam edir. Cabbarov çıxışında Bakı və Sumqayıtın ölkənin ən böyük metropoliten və iqtisadi mərkəzləri, işğaldan azad edilmiş əraziləri, Azərbaycanın digər rayonları kimi rolundan, habelə hökumət və şəhərlərin funksiyalarından danışıb Nazir əlavə edib ki, Azərbaycan regionun ən mürəkkəb və uzunmüddətli ərazi münaqişələrindən birini də həll edib Bu arada Bakıda Ümumdünya Şəhər Forumunun (WUF13) 13-cü sessiyasının üçüncü günü davam edir Birinci gün Yeni Şəhər Gündəliyinə həsr olunmuş nazirlər görüşü, nazirlərin dəyirmi masası, qadın və vətəndaş cəmiyyəti assambleyaları, işgüzar sessiyalar və şəhərin rifahı ilə bağlı müzakirələr keçirilib. Forum çərçivəsində Birləşmiş Millətlər Təşkilatının və Azərbaycanın bayraqlarının qaldırılması mərasimi də olub Forumun ikinci günü tarixdə ilk dəfə keçirilən Liderlər Zirvəsi ilə diqqət çəkib. Həmin gün qlobal mənzil böhranı, urbanizasiya siyasəti və şəhərin davamlılığı ilə bağlı yüksək səviyyəli müzakirələr aparılıb. Eyni zamanda WUF13 çərçivəsində Mexiko pavilyonunun açılışı olub. Pavilyon Latın Amerikası regionu ilə əməkdaşlığın genişləndirilməsi və WUF14-ə hazırlıq üçün mühüm platforma kimi təqdim edilib 182 ölkədən 40 000-dən çox qeydiyyatdan keçmiş iştirakçını cəlb edən WUF13 mayın 22-dək davam edəcək. “Dünyada mənzil: Təhlükəsiz və dayanıqlı şəhərlər və icmalar” mövzusu altında keçirilən forum davamlı şəhər inkişafı sahəsində qlobal əməkdaşlığı gücləndirmək üçün hökumətləri, beynəlxalq təşkilatları, ekspertləri və vətəndaş cəmiyyəti nümayəndələrini bir araya gətirir

Kaynak: trend.az

Diğer Haberler