Tenqri
Ana Səhifə
Siyasət

Azərbaycan və Kolumbiya siyasi dialoqu genişləndirir (FOTO)

BAKI, Azərbaycan, 29 aprel. Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov aprelin 29-da Kolumbiyanın xarici işlər nazirinin müavini Xuana Kastro Santamariyanın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb Görüşdə Azərbaycan ilə Kolumbiya arasında ikitərəfli münasibətlərin hazırkı vəziyyəti və i

0 baxıştrend.az
Azərbaycan və Kolumbiya siyasi dialoqu genişləndirir (FOTO)
Paylaş:

BAKI, Azərbaycan, 29 aprel. Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov aprelin 29-da Kolumbiyanın xarici işlər nazirinin müavini Xuana Kastro Santamariyanın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb Görüşdə Azərbaycan ilə Kolumbiya arasında ikitərəfli münasibətlərin hazırkı vəziyyəti və inkişaf perspektivləri müzakirə olunub Tərəflər turizm, viza rejiminin sadələşdirilməsi, təhsil, mədəniyyət, humanitar məsələlər, tələbə mübadiləsi və parlamentlərarası əlaqələr daxil olmaqla əməkdaşlıq sahələri ilə yanaşı, siyasi dialoqun genişləndirilməsi və iqtisadi və ticarət əlaqələrinin gücləndirilməsini müzakirə ediblər. Azərbaycanda ispan dili proqramlarına artan maraq müsbət qarşılanıb Azərbaycanın COP29-a ev sahibliyi etməsi, çoxsaylı beynəlxalq platformalara sədrliyi və regionda liderlik rolu yüksək qiymətləndirilib Tərəflər həmçinin çoxtərəfli platformalarda əməkdaşlığı, o cümlədən beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı dəstəyin gücləndirilməsini müzakirə ediblər. Onlar minalardan təmizləmə əməkdaşlığının vacibliyini vurğulayaraq, hər iki ölkənin minalardan zərər çəkdiyini qeyd ediblər Həmin gün xarici işlər nazirlərinin müavinləri Elnur Məmmədov və Xuana Kastro Santamariyanın həmsədrliyi ilə Azərbaycan-Kolumbiya siyasi məsləhətləşmələrinin yeni raundu keçirilib

Kaynak: trend.az

Diğer Haberler