Azərbaycan Ermənistandakı prosesləri diqqətlə izləyir - XİN rəhbəri
BAKI, Azərbaycan, 10 may. Azərbaycan Ermənistanda gedən prosesləri diqqətlə izləyir, Trend in xəbər verdiyi kimi, Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ümummilli lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü münasibətilə Fəxri xiyabana gələrkən jurnalistlərə bildirib O qeyd edi

BAKI, Azərbaycan, 10 may. Azərbaycan Ermənistanda gedən prosesləri diqqətlə izləyir, Trend in xəbər verdiyi kimi, Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ümummilli lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü münasibətilə Fəxri xiyabana gələrkən jurnalistlərə bildirib O qeyd edib ki, Ermənistan böyük siyasi prosesin astanasındadır "İyunun 7-də Ermənistanda parlament seçkiləri keçiriləcək. Bu seçkilərin Ermənistan üçün böyük əhəmiyyəti var. Hökumət qurulmalıdır. Gərgin mübarizə gedir. Bu mübarizədə müxtəlif qüvvələr müxtəlif vasitələrdən istifadə edir. Təəssüflər olsun ki, Ermənistanın siyasi dairələrində Azərbaycana revanşist baxışları olan insanlar var. Onlar açıq şəkildə nümayiş etdirirlər ki, seçkiqabağı dövrdə biz də bunun Ermənistan üçün müsbət nəticəsi ola bilmirik. ümid edirik ki, erməni seçici də buna düzgün qiymət verəcək

