Azərbaycan internetin təkmilləşdirilməsi və kommunikasiya səyləri ilə bağlı irəliləyişlə bağlı beyin fırtınası aparır (FOTO)
BAKI, Azərbaycan, 16 may. Azərbaycanda internet sahəsində təkmilləşdirmələrin və kommunikasiyaların tətbiqi istiqamətində görülən işlər müzakirə olunub. Bu barədə Trend-ə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyindəki mənbə bildirib Müzakirə biznes mühiti və beynəlxalq reytinq komissiyası çərçivəsin

BAKI, Azərbaycan, 16 may. Azərbaycanda internet sahəsində təkmilləşdirmələrin və kommunikasiyaların tətbiqi istiqamətində görülən işlər müzakirə olunub. Bu barədə Trend-ə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyindəki mənbə bildirib Müzakirə biznes mühiti və beynəlxalq reytinq komissiyası çərçivəsində nazirliyin rəhbərlik etdiyi “İnternetə qoşulma və internet infrastrukturu” üzrə İşçi Qrupun növbəti iclasında baş tutub İclasda işçi qrupunun rəhbəri və üzvləri, özəl sektorun nümayəndələri iştirak ediblər İşçi qrupun rəhbəri, rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Saməddin Əsədov açılış nitqi ilə çıxış edərək qeyd edib ki, Azərbaycan Dünya Bankının Biznesə Hazır (B-READY) 2025 hesabatında kommunal xidmətlər, xüsusilə internet xidmətləri sahəsində yüksək nəticələrlə qiymətləndirilib O bildirib ki, müvafiq hesabatda Azərbaycan 31,05 balla internet xidmətlərinin operativ səmərəliliyinə görə 101 ölkə arasında 5-ci yerdə qərarlaşıb. Ümumilikdə, Azərbaycan kommunal xidmətlər göstəricisi üzrə 83,05 balla 25-ci yerdə qərarlaşıb və bu nəticə ilə region ölkələrini qabaqlayıb İclasda “Biznes hazır” hesabatının “Kommunal xidmətlər (internet)” göstəricisi ilə bağlı müvafiq sahədə təkmilləşdirmə və kommunikasiyanın həyata keçirilməsinə dair Yol Xəritəsi üzrə 2025-ci ildə görülmüş işlərə dair hesabat təqdim edilib İclasda, həmçinin qeyd olunan göstərici üzrə təsdiq edilmiş “Yol xəritəsi”nin 2026-cı ilin birinci rübündə görülmüş işlərə dair hesabat məruzəsi dinlənilib, qarşıda duran vəzifələr müəyyən edilib İşçi qrupun rəhbəri qeyd edib ki, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi və digər aidiyyəti qurumlar tərəfindən biznes mühitinin artırılması və beynəlxalq reytinqlərdə ölkəmizin mövqeyinin daha da yaxşılaşdırılması istiqamətində müvafiq tədbirlər həyata keçirilib Trend İnformasiya Agentliyinin WhatsApp kanalında daha çox xəbərlərdən xəbərdar olun
Diğer Haberler

Güclü leysan və fırtına eyni vaxtda olacaq! Meteorologiya, əyalətdən əyalətə təqvimlər verərək xəbərdar etdi

Azərbaycan Prezidenti: Trans-Xəzər Fiber-Optik Kabel xəttinin yaxın aylarda istifadəyə verilməsi planlaşdırılır
