Tenqri
Ana Səhifə
Dünya

Azərbaycan Ordusu Milli Qurtuluş Günü münasibətilə silsilə tədbirlər keçirib (FOTO)

BAKI, Azərbaycan, 15 iyun. Azərbaycan müdafiə nazirinin təsdiq etdiyi tədbirlər planına əsasən, Azərbaycan Ordusunda 15 İyun - Milli Qurtuluş Günü münasibətilə silsilə tədbirlər keçirilib Tədbirlərdə Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin və Vətən uğrunda canlarından keçmiş şəhidləri

0 baxıştrend.az
Azərbaycan Ordusu Milli Qurtuluş Günü münasibətilə silsilə tədbirlər keçirib (FOTO)
Paylaş:

BAKI, Azərbaycan, 15 iyun. Azərbaycan müdafiə nazirinin təsdiq etdiyi tədbirlər planına əsasən, Azərbaycan Ordusunda 15 İyun - Milli Qurtuluş Günü münasibətilə silsilə tədbirlər keçirilib Tədbirlərdə Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin və Vətən uğrunda canlarından keçmiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib Tədbirlər çərçivəsində hərbi qulluqçular ölkə üzrə Heydər Əliyev Mərkəzlərinə, muzeylərə, abidələrə baş çəkib, Azərbaycan xalqının Ümummilli Liderinin şərəfli həyat və fəaliyyətini əks etdirən filmlərə baxıblar. Hərbi qulluqçularla tariximizə qızıl hərflərlə həkk olunmuş 15 İyun – Milli Qurtuluş Gününə həsr olunmuş maarifləndirici söhbətlər də aparılıb. Bundan əlavə, şəxsi heyət üçün müxtəlif mədəni-kütləvi tədbirlər təşkil olunub Tədbirlərdə çıxış edənlər Ümummilli Lider Heydər Əliyevin siyasi hakimiyyətə qayıdışının Azərbaycanın inkişafında yeni mərhələnin başlanğıcı olduğunu vurğulamışlar. Qeyd olunub ki, Ümummilli Liderin ölkənin tərəqqisinə yönəlmiş dövlət quruculuğu ideyaları və siyasi kursu bu gün Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev tərəfindən uğurla davam etdirilir Tədbirlər zamanı iştirakçılar, həmçinin, Qarabağ iqtisadi rayonunda aparılan antiterror əməliyyatlarından sonra Vətən müharibəsində qalib olan Ali Baş Komandanın rəhbərliyi ilə qazanılan qələbənin, o cümlədən ölkəmizin ərazi bütövlüyünün tam bərpasının tarixi əhəmiyyətini vurğulamışlar Daha sonra xidmətdə fərqlənən hərbi qulluqçulara fəxri fərmanlar təqdim olunub Tədbirlərin bədii hissəsində şəxsi heyətə Milli Qurtuluş Gününü qeyd edən və vətənpərvərlik ruhunu təbliğ edən konsert proqramları təqdim olunub

Kaynak: trend.az

Diğer Haberler