Tenqri
Ana Səhifə
Dünya

Azərbaycan Ordusu mütəxəssislərin kibertəhlükəsizlik bacarıqlarını artırır (FOTO)

BAKI, Azərbaycan, 29 aprel. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının informasiya təhlükəsizliyi və kibertəhlükəsizliyinə dair 2023-2027-ci illər üçün Strategiyası” informasiya təhlükəsizliyi və kibertəhlükəsizlik sahəsində

0 baxıştrend.az
Azərbaycan Ordusu mütəxəssislərin kibertəhlükəsizlik bacarıqlarını artırır (FOTO)
Paylaş:

BAKI, Azərbaycan, 29 aprel. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının informasiya təhlükəsizliyi və kibertəhlükəsizliyinə dair 2023-2027-ci illər üçün Strategiyası” informasiya təhlükəsizliyi və kibertəhlükəsizlik sahəsində kadr hazırlığının gücləndirilməsini, informasiya təhlükəsizliyi və kibertəhlükəsizlik sahəsində kadr hazırlığının gücləndirilməsini, mənbənin kadr təminatı ilə yanaşı, prioritet istiqamətlər üzrə ixtisaslaşdırılmış kadrlar, əsas struktur bölmələri kimi müəyyən edir. Bu barədə Trend-ə Müdafiə Nazirliyindən məlumat verilib Bu sahədə həyata keçirilən davamlı tədbirlər çərçivəsində Azərbaycan Respublikasının Müdafiə Nazirliyi və Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin birgə təşkilatçılığı ilə Azərbaycan Ordusunun kibertəhlükəsizlik üzrə mütəxəssisləri üçün “İdarəetmə, Risk və Uyğunluq (GRC)” mövzusunda təlim kursu keçirilib İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin nəzdində fəaliyyət göstərən Azərbaycan Kibertəhlükəsizlik Mərkəzinin “CyberCollab” layihəsi çərçivəsində keçirilən kurs ilk növbədə iştirakçıların kibertəhlükəsizliyin idarə edilməsi, risk və uyğunluq üzrə bilik və bacarıqlarını gücləndirmək, habelə beynəlxalq təcrübəyə uyğun yanaşmaların tətbiqinə dəstək olmaq məqsədi daşıyır Təlim proqramı boyunca iştirakçılar GRC-nin əsas prinsipləri, risklərin qiymətləndirilməsi metodologiyaları, normativ tələblərə uyğunluğun təmin edilməsi və təşkilati səviyyədə kiberrisklərin effektiv idarə olunması mexanizmləri haqqında ətraflı məlumat əldə ediblər İnteraktiv təlim kursu zamanı iştirakçıların nəzəri biliklərinə və real iş mühitinə əsaslanan ssenarilər vasitəsilə peşəkar bacarıqlarının artırılmasına xüsusi diqqət yetirilmişdir

Kaynak: trend.az

Diğer Haberler