Azərbaycanda hava limanlarının idarə olunması ilə bağlı yeni qaydalar təsdiq edilib
BAKI, Azərbaycan, 12 iyun. “Hava limanlarının idarə edilməsi haqqında Əsasnamə” təsdiq edilib Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev müvafiq sərəncam imzalayıb Fərmana əsasən, bu Qaydalar Azərbaycan Respublikasında hava limanlarının idarə edilməsi ilə bağlı əsas prinsipləri və tələblər

BAKI, Azərbaycan, 12 iyun. “Hava limanlarının idarə edilməsi haqqında Əsasnamə” təsdiq edilib Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev müvafiq sərəncam imzalayıb Fərmana əsasən, bu Qaydalar Azərbaycan Respublikasında hava limanlarının idarə edilməsi ilə bağlı əsas prinsipləri və tələbləri müəyyən edir. Bu Qaydaların müddəaları mülki hava limanlarına şamil edilir. Mülki hava limanlarının idarə edilməsində tənzimləyici orqanın səlahiyyətlərini Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Dövlət Mülki Aviasiya Agentliyi həyata keçirir Tənzimləyici orqanın vəzifələrinə aşağıdakılar daxildir: hava limanlarının və (və ya) aerodromların, habelə yerdə xidmət göstərən təşkilatların sertifikatlaşdırılması sahələrini tənzimləyən, uçuşların təhlükəsizliyinin, aviasiya təhlükəsizliyinin təmin edilməsi və idarə edilməsi, hava nəqliyyatının rəsmiləşdirilməsinin asanlaşdırılması sahələrini tənzimləyən Azərbaycan Respublikasının normativ hüquqi aktlarının tətbiqi üçün müvafiq sənədləri hazırlamaq və təsdiq etmək; Beynəlxalq Mülki Aviasiya haqqında 7 dekabr 1944-cü il tarixli Konvensiya və onun əlavələri ilə müəyyən edilmiş Beynəlxalq Mülki Aviasiya Təşkilatının (bundan sonra – İCAO) beynəlxalq standartlarını və tövsiyə olunan təcrübələrini, habelə Ümumdünya Gömrük Təşkilatının norma və standartlarını həyata keçirmək; hava limanının istismarçılarının fəaliyyətinə nəzarət və yoxlamaların təşkili; hava limanlarının idarə edilməsi sahəsində beynəlxalq təcrübənin öyrənilməsi üçün xarici dövlətlərin müvafiq orqanları (qurumları) və beynəlxalq təşkilatlarla əməkdaşlıq etmək; və fəaliyyət istiqamətlərinə uyğun olaraq hava limanının idarə edilməsi ilə bağlı normativ hüquqi aktların icrasına nəzarəti həyata keçirmək Nazirlər Kabineti bununla bağlı müvafiq tədbirlər görməlidir


