Tenqri
Ana Səhifə
İqtisadiyyat

Azərbaycan regional inkişaf üçün kənd təsərrüfatının əsas hədəflərini açıqlayır

İSMAYILLI, Azərbaycan, 12 iyun. Azərbaycanda təsdiq edilmiş dövlət proqramında qarşıya mühüm vəzifələr qoyulub və bu məqsədlərə nail olmaq hər kəsin fəal iştirakını tələb edir Bağırov “Azərbaycan Respublikasında kənd təsərrüfatı istehsalının və emalının, balıqçılığın və akvakulturanın inkişafına d

0 baxıştrend.az
Azərbaycan regional inkişaf üçün kənd təsərrüfatının əsas hədəflərini açıqlayır
Paylaş:

İSMAYILLI, Azərbaycan, 12 iyun. Azərbaycanda təsdiq edilmiş dövlət proqramında qarşıya mühüm vəzifələr qoyulub və bu məqsədlərə nail olmaq hər kəsin fəal iştirakını tələb edir Bağırov “Azərbaycan Respublikasında kənd təsərrüfatı istehsalının və emalının, balıqçılığın və akvakulturanın inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı” çərçivəsində rayonda Dağlıq Şirvan iqtisadi rayonu üzrə keçirilən regional müşavirədə deyib Qarşıdakı hədəfləri açıqladı “Hədəflərimiz aydındır: • Taxıl və digər bitkilərin məhsuldarlığını elmi əsaslarla artırmaq; • Torpağın münbitliyini qorumaq üçün növbəli əkin sisteminin genişləndirilməsi; • Meyvə və üzümçülük ənənələrini qoruyub saxlamaqla intensiv meyvə bağlarının salınmasını sürətləndirmək; • Tərəvəz istehsalında mütərəqqi və innovativ üsulları stimullaşdırmaq; • Soyuducu anbarların maddi-texniki imkanlarından maksimum istifadə etmək; • Su ehtiyatlarının idarə edilməsini təkmilləşdirmək və müasir, qənaətcil suvarma şəbəkələrini genişləndirmək Dövlət tərəfindən kənd təsərrüfatına göstərilən diqqət və qayğı fermerlərin və sahibkarların rifah halının yaxşılaşdırılmasına, ərzaq təhlükəsizliyinin gücləndirilməsinə yönəlib. Qarşıda duran vəzifələrin uğurla yerinə yetirilməsi üçün müasir yanaşmaların tətbiqi, ekstensiv və intensiv inkişaf üsullarının uyğunlaşdırılması məhsul istehsalının və məhsuldarlığın daha da artırılmasına imkan verəcək Bununla belə, vurğulamalıyıq ki, dövlətin verdiyi geniş imkan və resurslardan şəffaf, məqsədyönlü və qənaətlə istifadə etmək təkcə dövlət qurumlarının deyil, hər bir fermerin, sahibkarın vətəndaşlıq borcudur. Dövlət Proqramının uğurla icrası, istehsalçıların üzləşdiyi çətinliklərin operativ həlli, dövlət dəstəyi mexanizmlərinin əlçatanlığının təmin edilməsi, proseslərə effektiv nəzarət bütün tərəflərdən yüksək koordinasiya və məsuliyyət tələb edir”, - deyə o vurğulayıb Bağırov rayonda su mənbələrinin əhəmiyyətinə toxunub. İsmayıllıda su təchizatı və suvarma infrastrukturu kənd təsərrüfatının müasir tələblərinə uyğunlaşdırılır "Torpaqlarımızın münbitliyinin bərpasında, eləcə də regional məhsuldarlığın artırılmasında rayondakı Aşıqbayramlı su anbarı və digər su mənbələri strateji əhəmiyyət kəsb edir. Qlobal iqlim dəyişikliyi fonunda müasir suya qənaət sistemlərinin tətbiqi, iqlimə davamlı toxum sortlarından istifadə kimi prioritet istiqamətlər icra başçısının əsas vəzifələrindəndir" Bu gün Azərbaycan Prezidentinin 25 may 2026-cı il tarixli sərəncamı ilə təsdiq edilmiş kənd təsərrüfatı, balıqçılıq və akvakulturanın istehsalı və emalı sahələrinin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramının müzakirəsinə həsr olunmuş regional məsləhətləşmələr başlayıb. Məsləhətləşmələr Mərkəzi Aran, Dağlıq Şirvan, Gəncə-Daşkəsən, Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarını əhatə edir Müşavirələr 2026-cı il mayın 25-də Prezident İlham Əliyevin sədrliyi ilə kənd təsərrüfatı məsələləri üzrə müşavirədə verilən tapşırıqların icrası, o cümlədən dövlət proqramında nəzərdə tutulmuş tədbirlərin regionlarda əlaqələndirilmiş, çevik və səmərəli həyata keçirilməsini təmin etmək məqsədilə təşkil olunub

Kaynak: trend.az

Diğer Haberler