Tenqri
Ana Səhifə
İqtisadiyyat

Azərbaycan və Ukrayna enerji əməkdaşlığına dair danışıqlar aparır (FOTO)

BAKI, Azərbaycan, 27 aprel. Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövşən Nəcəf “Ukrnafta” PJSC-nin direktoru (baş icraçı direktoru) Sergey Koretski ilə görüşüb və enerji sektorunda əməkdaşlıq məsələlərini müzakirə edib “Görüşdə Azərbaycan ilə Ukrayna arasında enerji sahəsində əməkda

0 baxıştrend.az
Azərbaycan və Ukrayna enerji əməkdaşlığına dair danışıqlar aparır (FOTO)
Paylaş:

BAKI, Azərbaycan, 27 aprel. Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövşən Nəcəf “Ukrnafta” PJSC-nin direktoru (baş icraçı direktoru) Sergey Koretski ilə görüşüb və enerji sektorunda əməkdaşlıq məsələlərini müzakirə edib “Görüşdə Azərbaycan ilə Ukrayna arasında enerji sahəsində əməkdaşlığın inkişafından məmnunluq ifadə olunub, SOCAR-ın Ukraynadakı uğurlu fəaliyyəti xüsusi qeyd edilib Tərəflər şirkətlər arasında mövcud əməkdaşlığın hazırkı vəziyyətini, onun inkişaf perspektivlərini və qarşılıqlı maraq doğuran digər məsələləri müzakirə ediblər”, - məlumatda deyilir “Ukrnafta” ASC Ukraynanın ən böyük neft istehsalçısıdır. Şirkətin strukturuna altı neft və qaz hasilatı şöbəsi və üç qaz emalı zavodundan ibarət iki biznes bölməsi, Ukrnafta Şərqi və Ukrnafta Qərbi daxildir. Bundan əlavə, neft sənayesi üçün hərtərəfli xidmət göstərən neft xidmətləri bölməsi və kəşfiyyat və hasilat qazma işləri ilə məşğul olan “Ukrnafta Qazma Divisionu” fəaliyyət göstərir Ukrnafta SC 86 hasilat lisenziyasına və 3 kəşfiyyat lisenziyasına (o cümlədən sınaq hasilatına) malikdir. Şirkət Sumı, Poltava, Çerniqov, Lvov, İvano-Frankivsk, Çernivtsi, Dnepr və Xarkov bölgələrində fəaliyyət göstərir 2025-ci il sentyabrın 1-nə şirkət 1807 neft və 164 qaz quyusu istismar edib. "Ukrnafta"nın tək brendli yanacaqdoldurma məntəqələri şəbəkəsinə Ukraynanın demək olar ki, bütün regionlarında yerləşən 662 yanacaqdoldurma məntəqəsi daxildir

Kaynak: trend.az

Diğer Haberler