Tenqri
Ana Səhifə
İqtisadiyyat

Azərbaycan və Böyük Britaniya enerji tərəfdaşlığı gündəliyinə dair məsələləri müzakirə ediblər (FOTO)

BAKI, Azərbaycan, 6 may. Azərbaycan və Böyük Britaniya arasında enerji tərəfdaşlığının gündəliyinə daxil olan məsələlər müzakirə olunub. Bu barədə Trend-ə Azərbaycanın Energetika Nazirliyindəki mənbə bildirib Müzakirə energetika naziri Pərviz Şahbazovun diplomatik fəaliyyətinin başa çatması ilə əl

0 baxıştrend.az
Azərbaycan və Böyük Britaniya enerji tərəfdaşlığı gündəliyinə dair məsələləri müzakirə ediblər (FOTO)
Paylaş:

BAKI, Azərbaycan, 6 may. Azərbaycan və Böyük Britaniya arasında enerji tərəfdaşlığının gündəliyinə daxil olan məsələlər müzakirə olunub. Bu barədə Trend-ə Azərbaycanın Energetika Nazirliyindəki mənbə bildirib Müzakirə energetika naziri Pərviz Şahbazovun diplomatik fəaliyyətinin başa çatması ilə əlaqədar Böyük Britaniyanın fövqəladə və səlahiyyətli səfiri Ferqus Auld ilə görüşündə olub Nazir Azərbaycanda diplomatik fəaliyyəti dövründə iki ölkə arasında əlaqələrin, o cümlədən enerji sahəsində əməkdaşlığın inkişafına verdiyi töhfəyə görə Aulda minnətdarlığını bildirib Görüşdə birgə neft-qaz və yaşıl enerji layihələrinin həyata keçirilməsi, həmçinin Böyük Britaniya şirkətləri ilə yaşıl enerji dəhlizi layihələri üzrə əməkdaşlıq məsələləri müzakirə edilib. Uzunmüddətli enerji tərəfdaşlığından məmnunluq ifadə edildi Bundan başqa, görüşdə Azərbaycan və Böyük Britaniya hökumətləri arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın növbəti iclasının Bakıda keçirilməsindən irəli gələn məsələlər ətrafında fikir mübadiləsi aparılıb Söhbət zamanı Böyük Britaniya tərəfi Bakı Enerji Həftəsi çərçivəsində geniş tərkibdə keçiriləcək tədbirlərdə iştiraka dəvət olunub Trend İnformasiya Agentliyinin WhatsApp kanalında daha çox xəbərlərdən xəbərdar olun

Kaynak: trend.az

Diğer Haberler