Azərbaycan və BƏƏ iqtisadi əlaqələrin inkişafı üçün yeni imkanlar araşdırır
BAKI, Azərbaycan, 29 aprel. Azərbaycan və Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) arasında iqtisadi əməkdaşlıq məsələləri müzakirə olunub, Azərbaycanın İqtisadiyyat Nazirliyindəki mənbə Trend-ə bildirib Müzakirə Azərbaycanın İqtisadiyyat naziri Mikayıl Cabbarovun BƏƏ Xarici İşlər Nazirliyinin dövlət nazi

BAKI, Azərbaycan, 29 aprel. Azərbaycan və Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) arasında iqtisadi əməkdaşlıq məsələləri müzakirə olunub, Azərbaycanın İqtisadiyyat Nazirliyindəki mənbə Trend-ə bildirib Müzakirə Azərbaycanın İqtisadiyyat naziri Mikayıl Cabbarovun BƏƏ Xarici İşlər Nazirliyinin dövlət naziri, Azərbaycan ilə BƏƏ arasında hərtərəfli strateji tərəfdaşlıq üzrə Əməkdaşlıq Komitəsinin həmsədri Səid Əl Hacerinin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşündə olub Görüşdə iki ölkə arasında dostluq və strateji tərəfdaşlıq münasibətlərinin uğurla inkişaf etdiyi vurğulanıb, yüksək səviyyəli siyasi dialoqun iqtisadi əməkdaşlığın dərinləşdirilməsi, qarşılıqlı investisiyaların artırılması, tərəfdaşlığın yeni istiqamətlərdə genişləndirilməsi üçün əlverişli zəmin yaratdığı bildirilib Tərəflər Azərbaycan ilə BƏƏ arasında iqtisadi, ticarət və texniki əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın fəaliyyəti, işgüzar dairələr arasında işgüzar əlaqələrin və əməkdaşlığın dinamik inkişafı, birgə investisiyaların təşviqi ilə bağlı fikir mübadiləsi aparıblar Görüşdə iki ölkə arasında imzalanmış Hərtərəfli İqtisadi Tərəfdaşlıq Sazişinin ticarət və investisiya əməkdaşlığının dərinləşməsinə töhfə verəcəyi qeyd edilib Müzakirələrdə sənaye, enerji, nəqliyyat, logistika, turizm və digər sahələrdə əməkdaşlığın gücləndirilməsi imkanları da müzakirə olunub. Görüşdə tərəfdaşlığın xüsusilə bərpa olunan enerji, mədənçıxarma, daşınmaz əmlak, müasir infrastruktur, tranzit potensialının inkişafı, kənd təsərrüfatı sahələrində geniş perspektivlərə malik olduğu vurğulanıb Azərbaycan Mərkəzi Bankının (AMB) məlumatına görə, 2025-ci ildə BƏƏ-dən Azərbaycana birbaşa xarici investisiyaların həcmi 404,7 milyon dollar təşkil edib Bununla yanaşı, 2025-ci ildə BƏƏ-dən yatırılan investisiyalar Azərbaycanın ümumi birbaşa xarici investisiyalarının 6,1%-ni təşkil edib Trend İnformasiya Agentliyinin WhatsApp kanalında daha çox xəbərlərdən xəbərdar olun


