Tenqri
Ana Səhifə
İqtisadiyyat

Azərbaycan və BƏƏ enerji sahəsində əməkdaşlığın inkişafını müzakirə ediblər (FOTO)

BAKI, Azərbaycan, 29 aprel. Energetika naziri Pərviz Şahbazov Birləşmiş Ərəb Əmirliklərinin Xarici İşlər Nazirliyinin dövlət naziri Səid Bin Mübarək Əl Hacerinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib və energetika sahəsində əməkdaşlığın gücləndirilməsi məsələlərini müzakirə edib Azərbaycan

0 baxıştrend.az
Azərbaycan və BƏƏ enerji sahəsində əməkdaşlığın inkişafını müzakirə ediblər (FOTO)
Paylaş:

BAKI, Azərbaycan, 29 aprel. Energetika naziri Pərviz Şahbazov Birləşmiş Ərəb Əmirliklərinin Xarici İşlər Nazirliyinin dövlət naziri Səid Bin Mübarək Əl Hacerinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib və energetika sahəsində əməkdaşlığın gücləndirilməsi məsələlərini müzakirə edib Azərbaycan və BƏƏ arasında Hərtərəfli Strateji Tərəfdaşlıq çərçivəsində keçirilən görüşdə neft-qaz sektoru, bərpa olunan enerji, enerji səmərəliliyi, regional enerji dəhlizləri, logistika kimi sahələrdə əməkdaşlığın hazırkı vəziyyəti və perspektivləri müzakirə olunub Bundan əlavə, ikitərəfli strateji münasibətlərin yüksək səviyyəli siyasi dialoqa və dövlət başçıları arasında qurulan dostluq əlaqələrinə əsaslandığı vurğulanıb. Xüsusilə, enerji sahəsində birgə layihələrin, o cümlədən iki ölkə arasında Hərtərəfli Strateji Tərəfdaşlıq çərçivəsində Əməkdaşlıq Komitəsinin və onun enerji üzrə alt komitəsinin fəaliyyətinin ikitərəfli əməkdaşlığın inkişafında mühüm rolu vurğulanıb Görüşdə qlobal enerji kompleksində karbohidrogenlərin əhəmiyyətli payı və təbii qazın keçid enerji mənbəyi kimi əhəmiyyətini nəzərə alaraq, hər iki ölkənin enerji şirkətlərinin iştirakı ilə birgə layihələrin həyata keçirilməsi, təbii qazın ixracı, mövcud infrastruktur vasitəsilə Avropa bazarlarına çıxış imkanları müzakirə olunub. Bərpa olunan enerji sahəsində əməkdaşlığın uğurlu nümunəsi kimi 230 MVt gücündə günəş elektrik stansiyası göstərilib. Məlumat verilib ki, “Masdar” şirkəti ilə 1000 MVt gücündə günəş və külək enerjisi layihələrinin reallaşdırılması istiqamətində iş davam etdiriləcək. Eyni zamanda, Azərbaycanla Avropa İttifaqı arasında Qara dəniz vasitəsilə Cənub Qaz Dəhlizindən nümunə götürülmüş elektrik enerjisi dəhlizinin yaradılması təşəbbüsü müzakirə olunub. Qeyd olunub ki, bu layihə Avropanın enerji təhlükəsizliyinin gücləndirilməsində və enerji keçidində mühüm rol oynayacaq. Bundan əlavə, Azərbaycan, Qazaxıstan və Özbəkistan arasında elektrik enerjisi təchizatının qurulması üçün yaradılmış birgə müəssisə haqqında məlumat verilmişdir. Bildirilib ki, layihə hazırda texniki-iqtisadi əsaslandırma mərhələsindədir və Asiya İnkişaf Bankı və Asiya İnfrastruktur İnvestisiya Bankı tərəfindən maliyyələşdirilir. Regional enerji təchizatı və logistika sahəsində BƏƏ ilə əməkdaşlıq imkanları müzakirə edilib Bundan başqa, enerji səmərəliliyi sahəsində əməkdaşlığın genişləndirilməsi diqqət mərkəzində olub. Bu kontekstdə enerji xidməti şirkəti (ESCO) modeli ilə bağlı Birləşmiş Ərəb Əmirliklərinin ən yaxşı təcrübələrini bölüşmək və bu sahədə yeni əməkdaşlıq istiqamətlərini inkişaf etdirmək üçün razılıq əldə edilmişdir

Kaynak: trend.az

Diğer Haberler

Azerbaijan and UAE discuss development of energy cooperation (PHOTO) | Tenqri