Azərbaycan və Türk İnvestisiya Fondu birgə investisiya perspektivlərini müzakirə ediblər (FOTO)
BAKI, Azərbaycan, 16 iyun. Azərbaycan və Türk İnvestisiya Fondu arasında regional infrastrukturun genişləndirilməsi və nəqliyyat dəhlizinin inkişafı məsələlərinə həsr olunmuş yüksək səviyyəli görüş zamanı investisiya perspektivləri müzakirə edilib Bu, Azərbaycan Xarici İşlər Nazirliyinin bəyanatın

BAKI, Azərbaycan, 16 iyun. Azərbaycan və Türk İnvestisiya Fondu arasında regional infrastrukturun genişləndirilməsi və nəqliyyat dəhlizinin inkişafı məsələlərinə həsr olunmuş yüksək səviyyəli görüş zamanı investisiya perspektivləri müzakirə edilib Bu, Azərbaycan Xarici İşlər Nazirliyinin bəyanatında əksini tapıb Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Türk İnvestisiya Fondunun prezidenti Bağdad Amreyevin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib Görüşdə cari əməkdaşlıq gündəliyi, Fondun fəaliyyət istiqamətləri və perspektiv layihələr barədə fikir mübadiləsi aparılıb Tərəflər Azərbaycanın təşəbbüsü və fəal dəstəyi ilə yaradılmış Türk İnvestisiya Fondunun türk dövlətləri arasında iqtisadi inteqrasiyanın dərinləşdirilməsi, qarşılıqlı investisiyaların təşviqi və regionun davamlı inkişafına töhfə verməsi baxımından böyük əhəmiyyət daşıdığını vurğulayıblar Azərbaycanın rəhbərlik etdiyi layihələrin regional əlaqələrin möhkəmləndirilməsində, nəqliyyat-kommunikasiya imkanlarının genişləndirilməsində və iqtisadi əməkdaşlığın gücləndirilməsində rolu yüksək vurğulanıb. Bu kontekstdə Orta Dəhlizin potensialının artırılması, Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun inkişafı, ölkəmizin mühüm logistika və nəqliyyat qovşağı kimi mövqeyinin möhkəmləndirilməsi istiqamətində həyata keçirilən tədbirlər barədə məlumat verilib Nazir Ceyhun Bayramov bildirib ki, Ələt Beynəlxalq Azad Ticarət Limanı ətrafında formalaşmış nəqliyyat-logistika infrastrukturu regional ticarətin və yükdaşımaların həcminin artırılmasına xidmət edir Bundan əlavə, nümayəndə heyətinə alternativ və bərpa olunan enerji sektorunda davam edən təşəbbüslər barədə məlumat verilib Tərəflər türk dünyasının iqtisadi potensialının daha səmərəli reallaşdırılmasının, qarşılıqlı faydalı investisiya layihələrinin təşviqinin, nəqliyyat, enerji və infrastruktur sahələrində birgə səylərin artırılmasının ümumi rifahın və davamlı regional inkişafın gücləndirilməsinə mühüm töhfə verəcəyini qeyd ediblər Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da fikir mübadiləsi aparılıb


