Tenqri
Ana Səhifə
İqtisadiyyat

Azərbaycan və Tacikistan ixrac və investisiya əlaqələrini gücləndirir - AZPROMO

BAKI, Azərbaycan, 22 may. Trend in xəbər verdiyi kimi, Azərbaycan və Tacikistan iqtisadi əməkdaşlığı inkişaf etdirməyə, ixrac və investisiya əlaqələrini gücləndirməyə və iki ölkənin biznes strukturları arasında qarşılıqlı əlaqəni genişləndirməyə davam edir. Trend -in məlumatına görə, bunu Azərbaycan

0 baxıştrend.az
Azərbaycan və Tacikistan ixrac və investisiya əlaqələrini gücləndirir - AZPROMO
Paylaş:

BAKI, Azərbaycan, 22 may. Trend in xəbər verdiyi kimi, Azərbaycan və Tacikistan iqtisadi əməkdaşlığı inkişaf etdirməyə, ixrac və investisiya əlaqələrini gücləndirməyə və iki ölkənin biznes strukturları arasında qarşılıqlı əlaqəni genişləndirməyə davam edir. Trend -in məlumatına görə, bunu Azərbaycanın İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin - AZPROMO-nun direktoru Yusif Abdullayev Bakıda keçirilən Azərbaycan-Tacikistan Biznes Forumunda deyib O qeyd edib ki, Azərbaycan və Tacikistan arasında iqtisadi əməkdaşlıq hökumətlərarası mexanizmlər vasitəsilə əlaqələndirilir və bu, ikitərəfli münasibətlərin inkişafında mühüm rol oynayır Abdullayev vurğulayıb ki, tərəflər artıq birgə təşəbbüslərin həyata keçirilməsində müsbət təcrübəyə malikdirlər və yeni biznes imkanlarının yaradılmasına yönəlmiş əməkdaşlıq formatlarını genişləndirməkdə davam edirlər AZPROMO-nun rəhbəri agentliyin ixrac missiyaları, beynəlxalq sərgilərdə iştirak, milli brendin təşviqi, bazar araşdırması və beynəlxalq sertifikatların alınmasına köməklik kimi bir sıra alətlər vasitəsilə ixracatçılara dəstək verdiyini açıqlayıb O, Mərkəzi Asiya ölkələri ilə əməkdaşlığın əhəmiyyətini vurğulayaraq, iqtisadi əlaqələrin genişləndirilməsində Azərbaycanın regiondakı ticarət missiyasının rolunu vurğulayıb Bu gün Bakıda hər iki ölkənin dövlət qurumlarının və biznes icmalarının nümayəndələrinin iştirakı ilə Azərbaycan-Tacikistan Biznes Forumu keçirilir. Forumda ticarət-iqtisadi əməkdaşlığın genişləndirilməsi perspektivləri, investisiya imkanları, sənaye əməkdaşlığı, Azərbaycan və Tacikistan sahibkarları arasında əlaqələrin inkişafı müzakirə olunur

Kaynak: trend.az

Diğer Haberler