Azərbaycan və İspaniya arasında debüt konsul məsləhətləşmələri keçirilib (FOTO)
BAKI, Azərbaycan, 6 iyun. Madriddə Azərbaycanın Xarici İşlər Nazirliyi ilə İspaniyanın Xarici İşlər, Avropa İttifaqı və Əməkdaşlıq Nazirliyi arasında ilk konsulluq məsləhətləşmələri keçirilib Məsləhətləşmələrdə Azərbaycan nümayəndə heyətinə Konsulluq İdarəsinin rəisi Emil Səfərov, İspaniya nümayən

BAKI, Azərbaycan, 6 iyun. Madriddə Azərbaycanın Xarici İşlər Nazirliyi ilə İspaniyanın Xarici İşlər, Avropa İttifaqı və Əməkdaşlıq Nazirliyi arasında ilk konsulluq məsləhətləşmələri keçirilib Məsləhətləşmələrdə Azərbaycan nümayəndə heyətinə Konsulluq İdarəsinin rəisi Emil Səfərov, İspaniya nümayəndə heyətinə isə Xaricdəki İspanlar və Konsulluq İşləri Baş İdarəsinin rəisi Karolina Alvarez rəhbərlik ediblər Konsulluq məsləhətləşmələrində Azərbaycan üçün tərəfdaş ölkə olan İspaniya ilə konsulluq münasibətləri sahəsində əməkdaşlığın hazırkı vəziyyəti və inkişaf perspektivləri, o cümlədən bu sahədə yeni ikitərəfli sənədlərin imzalanması və konsulluq xidmətlərinin rəqəmsallaşdırılması müzakirə olunub Danışıqlar zamanı Azərbaycan və İspaniya arasında ədliyyə, hüquq-mühafizə, prokurorluq, miqrasiya, təhsil, viza siyasəti sahələrində çoxtərəfli və ikitərəfli əməkdaşlığın perspektivləri nəzərdən keçirilib


