Tenqri
Ana Səhifə
Siyasət

Azərbaycan və Serbiya konsulluq əməkdaşlığının perspektivlərini müzakirə ediblər (FOTO)

BAKI, Azərbaycan, 29 aprel. Belqradda Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi ilə Serbiya Respublikasının Xarici İşlər Nazirliyi arasında konsulluq məsləhətləşmələrinin üçüncü raundu keçirilib, Azərbaycanın XİN-dən Trend-ə verilən məlumata görə Məsləhətləşmələrdə Azərbaycan nümayəndə hey

0 baxıştrend.az
Azərbaycan və Serbiya konsulluq əməkdaşlığının perspektivlərini müzakirə ediblər (FOTO)
Paylaş:

BAKI, Azərbaycan, 29 aprel. Belqradda Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi ilə Serbiya Respublikasının Xarici İşlər Nazirliyi arasında konsulluq məsləhətləşmələrinin üçüncü raundu keçirilib, Azərbaycanın XİN-dən Trend-ə verilən məlumata görə Məsləhətləşmələrdə Azərbaycan nümayəndə heyətinə Xarici İşlər Nazirliyinin Konsulluq İdarəsinin rəisi Emil Səfərov, Serbiya nümayəndə heyətinə isə Serbiya xarici işlər nazirinin konsulluq məsələləri üzrə köməkçisi vəzifəsini icra edən Nataşa Raşeviç rəhbərlik ediblər Konsulluq məsləhətləşmələri zamanı Serbiya Respublikası ilə konsulluq əməkdaşlığının hazırkı vəziyyəti və inkişaf perspektivləri, o cümlədən bu sahədə yeni ikitərəfli sənədlərin imzalanması imkanları nəzərdən keçirilib Bundan əlavə, konsulluq sahəsində ən son yeniliklər, o cümlədən konsulluq xidmətlərinin rəqəmsallaşdırılması istiqamətində hər iki ölkənin tətbiq etdiyi mövcud təcrübə və mexanizmlər barədə fikir mübadiləsi aparılıb, bu sahədə əməkdaşlığın genişləndirilməsi və qabaqcıl təcrübənin qarşılıqlı tətbiqi imkanları nəzərdən keçirilib Həmçinin iki ölkə arasında miqrasiya, ədliyyə, təhsil, əmək və sosial müdafiə sahələrində əlaqələrin gücləndirilməsinin vacibliyi vurğulanıb Görüş iştirakçıları, həmçinin böhran vəziyyətində olan vətəndaşların konsulluq mühafizəsinin səmərəli şəkildə təmin edilməsi və əmək miqrasiyasının tənzimlənməsi ilə bağlı fikir və təcrübə mübadiləsi aparıblar

Kaynak: trend.az

Diğer Haberler