Azərbaycan və Səudiyyə Ərəbistanı iqtisadi əlaqələrin inkişafını müzakirə ediblər
BAKI, Azərbaycan, 16 may. Azərbaycan və Səudiyyə Ərəbistanı arasında iqtisadi əlaqələrin inkişafı müzakirə olunub. Bu barədə Trend-ə Nazirlər Kabinetindəki mənbə bildirib Müzakirə Azərbaycan Baş nazirinin müavini, Azərbaycan-Səudiyyə Ərəbistanı Hökumətlərarası Birgə Komissiyasının həmsədri Samir Ş

BAKI, Azərbaycan, 16 may. Azərbaycan və Səudiyyə Ərəbistanı arasında iqtisadi əlaqələrin inkişafı müzakirə olunub. Bu barədə Trend-ə Nazirlər Kabinetindəki mənbə bildirib Müzakirə Azərbaycan Baş nazirinin müavini, Azərbaycan-Səudiyyə Ərəbistanı Hökumətlərarası Birgə Komissiyasının həmsədri Samir Şərifovun Ümumdünya Şəhər Forumunun (WUF13) 13-cü sessiyasında iştirak etmək üçün Bakıya gələn Səudiyyə Ərəbistanı nümayəndə heyətinin rəhbəri Məcid bin Abdulla Əl-Hoqail ilə görüşündə baş tutub Görüşdə WUF13-ün Bakıda keçirilməsindən və Səudiyyə Ərəbistanının forumda iştirakından məmnunluq ifadə olunub Görüşdə iki ölkə arasında iqtisadi əməkdaşlığın hazırkı vəziyyəti də müsbət qiymətləndirilib Müasir şəhərsalma və Azərbaycan ilə Səudiyyə Ərəbistanı arasında iqtisadi əlaqələrin perspektivləri ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılıb
