Tenqri
Ana Səhifə
Dünya

Azərbaycan və Qazaxıstan media tərəfdaşlığında yeni imkanları müzakirə ediblər (FOTO)

BAKI, Azərbaycan, 8 aprel. Aprelin 8-də Azərbaycan Medianın İnkişafı Agentliyində (MEDİA) Qazaxıstan Respublikasının mədəniyyət və informasiya nazirinin müavini Rüstəm Əlinin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirilib Görüşdə Medianın İnkişafı Agentliyinin icraçı direktoru Əhməd İsmayıl

0 baxıştrend.az
Azərbaycan və Qazaxıstan media tərəfdaşlığında yeni imkanları müzakirə ediblər (FOTO)
Paylaş:

BAKI, Azərbaycan, 8 aprel. Aprelin 8-də Azərbaycan Medianın İnkişafı Agentliyində (MEDİA) Qazaxıstan Respublikasının mədəniyyət və informasiya nazirinin müavini Rüstəm Əlinin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirilib Görüşdə Medianın İnkişafı Agentliyinin icraçı direktoru Əhməd İsmayılov Azərbaycan ilə Qazaxıstan arasında dostluq və əməkdaşlıq münasibətlərinin uğurla inkişaf etdiyini qeyd edib və media sektorunda tərəfdaşlığın genişləndirilməsinin vacibliyini vurğulayıb O qeyd edib ki, bu baxımdan qabaqcıl təcrübənin tətbiqinə, media savadlılığı və dezinformasiyaya qarşı mübarizə sahəsində birgə fəaliyyətin gücləndirilməsinə, informasiya mühitinin keyfiyyətinin və etibarlılığının qorunmasına, o cümlədən müasir çağırışlara cavab verən çevik və effektiv mexanizmlərin yaradılmasına xüsusi önəm verilir Qazaxıstan Respublikasının mədəniyyət və informasiya nazirinin müavini Rüstəm Əli müvafiq qurumlarla media qurumları arasında təcrübə mübadiləsinin təşkilinin, birgə layihələrin həyata keçirilməsinin, saxta və etibarsız məlumatların yayılmasına qarşı mübarizənin vacibliyini vurğulayıb. Əməkdaşlığın genişləndirilməsi, informasiya təhlükəsizliyinin gücləndirilməsi, media mühitində davamlı inkişafın təmin edilməsi ilə bağlı fikir mübadiləsi aparılıb Qazaxıstan Respublikası Xarici İşlər Nazirinin müşaviri Alisher Suleimenov bildirib ki, rəqəmsallaşma əsrində media sektorunda əlaqələndirilmiş səylər və birgə təşəbbüslər daha sabit və təhlükəsiz informasiya mühitinin yaradılmasına töhfə verir. O, həmçinin qarşılıqlı etimadın yaradılması və ümumi kommunikasiya platformalarının yaradılmasının vacibliyini qeyd edib

Kaynak: trend.az

Diğer Haberler