Azərbaycan və Almaniya enerji əməkdaşlığının hazırkı vəziyyətini araşdırıb (FOTO)
BAKI, Azərbaycan, 3 iyun. Azərbaycan və Almaniya arasında energetika sahəsində əməkdaşlığın hazırkı vəziyyəti və inkişaf perspektivləri müzakirə olunub. Bu barədə Trend ə Azərbaycanın Energetika Nazirliyindəki mənbə məlumat verib Müzakirə energetika naziri Pərviz Şahbazovun Bakı Enerji Həftəsi çər

BAKI, Azərbaycan, 3 iyun. Azərbaycan və Almaniya arasında energetika sahəsində əməkdaşlığın hazırkı vəziyyəti və inkişaf perspektivləri müzakirə olunub. Bu barədə Trend ə Azərbaycanın Energetika Nazirliyindəki mənbə məlumat verib Müzakirə energetika naziri Pərviz Şahbazovun Bakı Enerji Həftəsi çərçivəsində Almaniyanın Şərqi Biznes Assosiasiyasının sədri Mixael Harms və Almaniyanın aparıcı şirkətlərinin nümayəndələri ilə görüşündə baş tutub Görüşdə təbii qaz, bərpa olunan enerji, enerji səmərəliliyi, hidrogen, istilik nasosları, enerji saxlama sistemləri və elektrik infrastrukturu sahələrində əməkdaşlıq perspektivləri nəzərdən keçirilib Azərbaycanın Almaniyaya qaz tədarükünə başlaması, Avropanın enerji təhlükəsizliyində artan rolu, enerjiyə keçid kursu yüksək qiymətləndirilib. Azərbaycanda həyata keçirilən bərpa olunan enerji layihələri, elektrik enerjisi birləşdiriciləri, yaşıl enerji dəhlizləri, elektrik enerjisinin Avropaya ixracı imkanları barədə məlumat verilib. Regional əlaqələr və hidrogenlə bağlı planlar fonunda alman şirkətləri ilə müxtəlif əməkdaşlığa dair fikir mübadiləsi aparılıb
Diğer Haberler

Özbəkistan və AYİB kapital bazarında islahatlar və maliyyə infrastrukturunun inkişafı məsələlərini müzakirə edirlər

Özbəkistanın “Trastbank”ı səhm kapitallaşması hesabına kapitalın 83,8 milyon dollar artırılmasını təsdiqləyib
