Tenqri
Ana Səhifə
İqtisadiyyat

Azərbaycan və Gürcüstan kənd təsərrüfatı sahəsində əməkdaşlığın genişləndirilməsini müzakirə edirlər

BAKI, Azərbaycan, 5 may.​ Azərbaycan və Gürcüstan arasında aqrar sahədə əməkdaşlığın və hüquqi-müqavilə bazasının gücləndirilməsi, kənd təsərrüfatı üzrə birgə işçi qrupunun fəaliyyətinin genişləndirilməsi və yüksək ixrac potensialına malik məhsullar üzrə məlumat mübadiləsi məsələləri müzakirə edilib

0 baxıştrend.az
Azərbaycan və Gürcüstan kənd təsərrüfatı sahəsində əməkdaşlığın genişləndirilməsini müzakirə edirlər
Paylaş:

BAKI, Azərbaycan, 5 may.​ Azərbaycan və Gürcüstan arasında aqrar sahədə əməkdaşlığın və hüquqi-müqavilə bazasının gücləndirilməsi, kənd təsərrüfatı üzrə birgə işçi qrupunun fəaliyyətinin genişləndirilməsi və yüksək ixrac potensialına malik məhsullar üzrə məlumat mübadiləsi məsələləri müzakirə edilib Müzakirə 19-cu Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı Sərgisi (Caspian Agro Week) çərçivəsində Azərbaycanın kənd təsərrüfatı naziri Məcnun Məmmədov ilə Gürcüstanın ətraf mühitin mühafizəsi və kənd təsərrüfatı naziri David Sonqulaşvili arasında keçirilən görüşdə baş tutub Məmmədov “Caspian Agro” sərgisini regionda bu sahədə ən böyük tədbirlərdən biri adlandırıb. O qeyd edib ki, sərgi iştirakçılarının sayı və tədbirə marağı ildən-ilə artmaqda davam edir. Gürcüstanın builki sərgidə öz milli pavilyonu ilə iştirakını alqışlayan nazir əmin olduğunu bildirib ki, bu platforma Azərbaycan ilə tərəfdaş ölkələr arasında iqtisadi əlaqələri daha da gücləndirəcək və işgüzar dairələr arasında yeni əlaqələrin qurulmasına kömək edəcək İki ölkə arasında kənd təsərrüfatı məhsullarının ticarət dövriyyəsinin artırılması, transsərhəd xəstəliklərlə mübarizədə birgə səylərin artırılması, elmi tədqiqatlar və kənd təsərrüfatı təhsili sahələrində əməkdaşlığın genişləndirilməsi barədə razılıq əldə olunub Sonqulaşvili ölkəsinin Azərbaycanla bütün sahələrdə tərəfdaşlıq əlaqələrinin inkişafında maraqlı olduğunu bildirib O, iki ölkə arasında ticarət əlaqələrinin intensivləşdirilməsinin və aqrar sahədə əlaqələrin genişləndirilməsinə çalışmağın böyük əhəmiyyət kəsb etdiyini bildirib Bundan əlavə, kənd təsərrüfatı və ərzaq məhsulları üzrə ticarət dövriyyəsinin artırılması, iş adamları arasında əlaqələrin genişləndirilməsi, müasir texnologiyaların ötürülməsi, akvakultura və balıqçılıq sahələrində əməkdaşlıq, transsərhəd heyvan və bitki xəstəlikləri üzrə mütəmadi məlumat mübadiləsinin təmin edilməsi, xüsusilə təhlükəli xəstəliklərə qarşı birgə fəaliyyət imkanlarının araşdırılması, kənd təsərrüfatı tədqiqatları və kənd təsərrüfatının təhsili sahələrində əməkdaşlıq barədə fikir mübadiləsi aparılıb Trend İnformasiya Agentliyinin WhatsApp kanalında daha çox xəbərlərdən xəbərdar olun

Kaynak: trend.az

Diğer Haberler