Azərbaycan və Gürcüstan maliyyə əməkdaşlığına dair memorandum imzalamaq barədə razılığa gəliblər
BAKI, Azərbaycan, 5 may. Azərbaycan və Gürcüstanın Maliyyə nazirlikləri əməkdaşlıq memorandumunun hazırlanması və imzalanması barədə razılığa gəliblər Razılaşma Asiya İnkişaf Bankının (AİB) Özbəkistanın Səmərqənd şəhərində keçirilən İllik Toplantısının üçüncü günündə əldə olunub Tədbir çərçivəsi

BAKI, Azərbaycan, 5 may. Azərbaycan və Gürcüstanın Maliyyə nazirlikləri əməkdaşlıq memorandumunun hazırlanması və imzalanması barədə razılığa gəliblər Razılaşma Asiya İnkişaf Bankının (AİB) Özbəkistanın Səmərqənd şəhərində keçirilən İllik Toplantısının üçüncü günündə əldə olunub Tədbir çərçivəsində Azərbaycanın maliyyə naziri Sahil Babayev Gürcüstanın maliyyə naziri Laşa Xutişvili ilə görüşüb. Görüşdə ölkələrimiz arasında strateji tərəfdaşlığın yüksək səviyyədə olduğu vurğulanıb, Hökumətlərarası Komissiyanın ikitərəfli əməkdaşlığın əlaqələndirilməsi və institusional əməkdaşlıq çərçivəsində prioritet sahələrin inkişafı üçün mühüm platforma olduğu bildirilib Babayev Asiya ilə Avropanı birləşdirən Orta Dəhliz çərçivəsində nəqliyyat və tranzit, xüsusilə Bakı-Tbilisi-Qars dəmir yolu və digər logistika marşrutları sahəsində əməkdaşlığın regional ticarətin genişləndirilməsinə və tədarük zəncirlərinin davamlılığının gücləndirilməsinə əhəmiyyətli töhfə verdiyini qeyd edib. Nazir bu sahədə tranzit siyasəti üzrə koordinasiyanın gücləndirilməsinin vacibliyini vurğulayıb O, həmçinin strateji regional enerji layihələrinə toxunaraq bildirib ki, Xəzər-Qara dəniz-Avropa Yaşıl Enerji Dəhlizi və Azərbaycan-Gürcüstan-Türkiyə-Bolqarıstan enerji dəhlizi regional əməkdaşlığın dərinləşdirilməsi baxımından böyük əhəmiyyət kəsb edir və bu layihələrin həyata keçirilməsinin sürətləndirilməsi, eləcə də beynəlxalq maliyyənin cəlb edilməsi prioritet istiqamətlər sırasındadır Görüş zamanı həmçinin dövlət maliyyəsi sahəsində islahatlar, fiskal dayanıqlığın gücləndirilməsi, dövlət-özəl tərəfdaşlıq mexanizmləri və beynəlxalq maliyyə institutları ilə əməkdaşlıq ətrafında fikir mübadiləsi aparılıb, regional layihələr üzrə koordinasiyanın gücləndirilməsinin vacibliyi vurğulanıb. Tərəflər yaxın vaxtlarda iki ölkənin Maliyyə nazirlikləri arasında əməkdaşlıq memorandumunun hazırlanması və imzalanması barədə razılığa gəliblər
Diğer Haberler

Qırğız Respublikasının Maliyyə Nazirliyinin rəhbəri və AİB prezidenti Səmərqənddə birgə layihələrin həyata keçirilməsini müzakirə ediblər

İndi rəsmidir: Qırğızıstan şirkətləri AB sanksiyalarının 20-ci paketinə tabedir - təfərrüatlar
